Icma.az
close
up
RU
Rusiya kölgə donanması nın tankeri Avropaya dron hücumlarında şübhəli bilinir

Rusiya kölgə donanması nın tankeri Avropaya dron hücumlarında şübhəli bilinir

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Fransa hərbçiləri Rusiya "kölgə donanması”na daxil olan tankerin göyərtəsinə qalxaraq onun iki heyət üzvünü həbs ediblər. Fransanın sahillərində dayanmış gəmi, güman ki, Danimarka üzərində baş verən son dron uçuşları ilə əlaqələndirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” yazır.

Danimarkada bu basqınları "kritik infrastruktur üçün son dərəcə ciddi hücum” adlandırıblar, çünki onlar hava nəqliyyatını pozub və Kopenhagendəki hava limanının bağlanmasına səbəb olub. Rusiya isə öz növbəsində iştirakı inkar edir.

Bu tanker haqqında nə məlumdur? Benin bayrağı altında üzən tanker Avropa İttifaqının qara siyahısına salınıb. O, Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi "kölgə donanması”na daxil neft gəmilərinin bir hissəsidir. "Boracay”, ”Pushpa” və ya "Kiwala” kimi müxtəlif adlarla tanınan gəmi bir neçə gün Fransanın qərbində yerləşən Sen-Nazer limanı yaxınlığında lövbərdə dayanıb. Fransa prezidenti Emmanuel Makron bildirib ki, tanker "ciddi pozuntular”la bağlı istintaqa cəlb edilib.

Yerli prokurorluq xəbər verib ki, gəmi heyəti gəmiyə aid milli mənsubiyyəti təsdiqləyən sənədləri təqdim edə bilmədiyi və əmrləri icra etməkdən imtina etdiyi üçün istintaq başlanılıb.

Kreml isə bildirib ki, onlara bu gəmi barədə heç nə məlum deyil, lakin əlavə ediblər ki, bəzən Rusiya hərbçilərinə "qaydanı bərpa etmək” üçün hərəkət etmək lazım gəlir, əgər xarici dövlətlər Putin sözçüsü Dmitri Peskovun "təxribatçı hərəkətlər” adlandırdığı işlər görürlərsə.

Tankerin son vaxtlar fəaliyyəti necə olub? "The Wall Street Journal” yazır ki, tanker Rusiyanın Primorsk limanından Hindistana yola düşüb. Gəmi cənuba, Biskay körfəzi ilə getdiyi halda, sonra şərqə dönərək Avropanın ən böyük gəmiqayırma zavodunun yerləşdiyi Sen-Nazara istiqamətlənib. Əvvəlki reys zamanı gəmi sentyabrın 22-si axşam Danimarkanın yanından keçib, həmin vaxt da dron hücumları başlamışdı. Bu, istintaqçılarda şübhələr doğurub. Makron isə bildirib ki, Danimarkanın hava limanlarının bir neçə gün iflic olmasına və ölkənin yüksək hazırlıq rejiminə keçməsinə səbəb olan dron əməliyyatları ilə gəminin bağlı olub-olmadığını şərh etməyəcək.

"Ola biləcək hər şeyi araşdıracağıq və Danimarkaya dron hücumundan sonra nələri aydınlaşdırmaq mümkündürsə, edəcəyik, əmin olun”, - deyə o, Avropa liderlərinin Kopenhagendə görüşü ərəfəsində bildirib.

Bundan bir qədər əvvəl UNIAN yazmışdı ki, Danimarkaya dronların basqınının arxasında kimin dayandığı və burada Ukraynanın rolunun olub-olmadığı barədə suallar var. Xüsusilə, xatırlatmaq vacibdir ki, Danimarka Ukraynanın ən qətiyyətli tərəfdarlarından biridir: o, Kiyevə bütün artilleriyasını verib, hərbi xərclərini artırıb və daim müttəfiqləri Moskvaya qarşı qətiyyətlə birləşməyə çağırır.

Bundan əlavə, Unian həmçinin yazmışdı ki, "Rusiya Federasiyasının hibrid hücumlarına” baxmayaraq, Avropa birgə müdafiə barədə razılığa gəlməkdə çətinlik çəkir. Genişmiqyaslı müharibənin başlanmasından illər keçsə də, Avropanın müdafiə sistemi hələ qurulmayıb.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri