Rusiya Litvanın hava məkanını yenidən pozdu
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Oktyabrın 23-ü axşam saatlarında Rusiya hərbi təyyarələri Litvanın hava məkanını pozub.
Teleqraf xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda X sosial media saytında məlumat verib.
"Bu axşam Rusiya hərbi təyyarələri Litvanın hava məkanını pozdu. Bu, beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Bu, Avropanın hava hücumundan müdafiə sisteminin hazırlığının gücləndirilməsinin vacibliyini bir daha təsdiqləyir", - o yazıb.
Prezidentin sözlərinə görə, Litva Rusiya nümayəndələrini “ehtiyatsız və təhlükəli davranışa etirazını bildirmək üçün” XİN-ə çağıracaq.
Bundan əvvəl NATO-nun baş katibi bəyan etmişdi ki, alyansa üzv olan dövlətlər üzv ölkələrin hava məkanını pozan Rusiya təyyarələrini ələ keçirəcək, birbaşa təhlükə yarandığı halda onlar məhv ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 23 Oktyabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















