Rusiya mediasında İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb FOTO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın aparıcı media orqanları bir gün əvvəl yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyevin əsas sitatlarını əks etdirən materiallar dərc edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "RİA Novosti", TASS, "Vesti Kavkaza", "İnterfaks" agentlikləri, "360" televiziya kanalı və digər media qurumları dərc etdikləri materiallarda Prezident İlham Əliyevin "Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq heç bir şübhə yoxdur" fikrini önə çəkiblər. Nəşrlərdə, həmçinin dövlət başçısının Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında yeganə etibarlı halqa olduğunu, ölkədən yan keçən alternativ marşrutların isə səmərəsiz və maraq doğurmadığını vurğuladığı qeyd olunur.
Medianın materiallarında Prezident İlham Əliyevin Azərbaycanın tranzit imkanlarının gələcəkdə daha da genişlənəcəyinə əminliyi diqqətə çatdırılır, Avropa və Asiya məkanında iqtisadi əlaqələrin möhkəmləndirilməsi kontekstində nəqliyyat infrastrukturunun inkişafının vacibliyi xüsusi qeyd edilir.
Xəbər resursları dərc etdikləri yazılarda Azərbaycan liderinin regionda xarici siyasət çağırışlarına dair mövqeyinə, suverenliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin zəruriliyinə diqqət yetirirlər. Media qurumları Prezident İlham Əliyevin 907-ci düzəlişin tamamilə ləğv edilməsinin vacibliyi ilə bağlı fikirlərini, eləcə də ikitərəfli münasibətlərin əsas aspektləri və regional təşəbbüslər barədə mövqeyini sitat gətirirlər.
Ümumilikdə, Rusiya mediası Azərbaycanın regional və beynəlxalq proseslərdə strateji rolunu vurğulayır, Prezident İlham Əliyevin müsahibəsini geniş şəkildə işıqlandırır və onun bəyanatlarını rəsmi Bakının ardıcıl, müstəqil və fəal xarici siyasətinin təzahürü kimi qiymətləndirir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 Yanvar 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















