Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
Icma.az, Azertag saytına istinadən bildirir.
Moskva, 3 iyun, AZƏRTAC
Rusiya Federasiya Şurası xarici vətəndaşların tibbi müayinədən keçmə müddətinin azaldılmasını və əmək miqrasiyası sahəsində nəzarətin gücləndirilməsini nəzərdə tutan qanunu təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, yeni qanuna əsasən Rusiyaya daxil olduqdan sonra tibbi müayinədən keçmə müddəti 90 gündən 30 günə endirilir. Tibbi müayinələr müvəqqəti yaşayış və ya iş icazəsi almaq, eləcə də patentin yenilənməsi üçün mütləq olacaq.
Bundan əlavə, Rusiyada 30 gündən çox qalan xarici vətəndaşlar hər il tibbi müayinədən keçməlidirlər.
Sənəd müayinə zamanı vasitəçiliyi qadağan edir: bunu yalnız səlahiyyətli tibbi təşkilatlar apara biləcək.
Müayinənin nəticələrinə görə, rəy, məlumatlar Vahid Dövlət İnformasiya Səhiyyə Sisteminə (VDİSS) daxil edilməklə, o cümlədən elektron formada da tərtib ediləcək.
Qanun Rusiya Prezidenti tərəfindən imzalandıqdan sonra 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 03 İyun 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















