Icma.az
close
up
RU
Rusiya Moldovanı “işğal etməyə” hazırlaşır?

Rusiya Moldovanı “işğal etməyə” hazırlaşır?

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Rusiya növbəti dəfə keçmiş sovet ölkələrinə təzyiq vasitəsi kimi informasiya silahına əl atıb. Bu dəfə hədəfdə Moldova var.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) yaydığı rəsmi bəyanatda iddia olunur ki, NATO Moldova ərazisindən Rusiya ilə gələcək hərbi qarşıdurmada istifadə etməyə hazırlaşır. "RİA Novosti"nin yaydığı iddiaya görə, Brüssel Moldova ərazisini Şimali Atlantika Alyansının şərq cinahında Rusiyaya qarşı dayaq məntəqəsinə çevirməyi planlaşdırır.

Bu xəbər Vladimir Putinin “Rusiya kollektiv Qərbin təzyiqlərinə təkbaşına müqavimət göstərir” fikrini səsləndirdiyi müsahibədən dərhal sonra yayımlanıb. Rusiyanın informasiya maşını tərəfindən sistemli şəkildə yayılan bu mesaj, əslində, Ukraynada davam edən müharibənin yeni fazaya keçə biləcəyinə dair xəbərdarlıq kimi də şərh olunur.

Moskvanın SVR vasitəsilə verdiyi ismarıcın ən mühüm hissəsi budur: “NATO Moldovada hazırlıq işləri aparır, çünki Rusiya ordusunun Ukraynadakı irəliləyişi davam edir.”

Bu isə Kremlin bölgədə genişmiqyaslı hücum əməliyyatı planlaşdırdığına işarə edir, ekspertlər qeyd edir ki, nəticədə Rusiya qoşunları Moldova ilə sərhədə qədər irəliləyə bilər.

Ukrayna prezidenti Volodimir Zelenski isə bu ssenarini təkzib edir. O, son bəyanatında vurğulayıb ki, “rus desantı heç vaxt Odessa şəhərinə daxil olmayacaq”. Qeyd edək ki, Odessa vilayəti Moldova ilə həmsərhəddir və regionun şimalında yerləşən Dnestryanı ərazi (Transnistriya) faktiki olaraq 30 ildən artıqdır ki, Rusiyanın hərbi nəzarətindədir.

Rusiyanın nəzarət etdiyi bu bölgədə, yəni Tiraspolun rəhbərlik etdiyi Dnestryanıda hazırda iqtisadi böhran hökm sürür. Rusiya mediasının yaydığına görə, bu böhran “separatçı respublikanın” Moskvanın “yardımına ehtiyac” bəhanəsi ilə silahlı qarşıdurma yaratmasına zəmin yarada bilər. Bu isə Kremlə “humanitar dəhliz” bəhanəsi ilə Odessaya doğru hərəkət etmək imkanı verə bilər.

Dnestryanıda əhalinin yarıdan çoxunun Rusiya vətəndaşlığı daşıdığı və burada Rusiya “sülhməramlılarının” yerləşdiyi nəzərə alınsa, bu ssenari heç də qeyri-real görünmür. Əgər Tiraspol rəhbərliyi Moskvadan gələn “tövsiyəyə” əməl etsə, bölgədə yeni hərbi eskalasiya qaçılmaz ola bilər.

Bununla yanaşı, bəzi beynəlxalq təhlilçilər bu “informasiya emalının” əsasən Rumıniyaya yönəldiyini düşünür. Bildirilir ki, Moskva bu yolla Rumıniyanın təhlükəsizlik zəmanətinə malik olan Moldova üzərində daha fəal mövqe sərgiləməsinin qarşısını almağa çalışır. Çünki hələ bir neçə il öncə beynəlxalq analitik dairələrdə belə bir fikir səsləndirilmişdi ki, Moldova Rumıniya ilə birləşə bilər.

Bu kompleks və çoxplanlı ssenarilərin fonunda əsas sual budur: Rusiya Moldovaya real hərbi müdaxilə planlaşdırır, yoxsa bu, növbəti informasiya müharibəsidir? Hər iki halda, bölgədə gərginliyin artacağı qaçılmaz görünür.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 İyul 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri