Icma.az
close
up
RU
Rusiya Müdafiə Nazirliyi general mayor Həzi Aslanov haqqında materiallar dərc edib

Rusiya Müdafiə Nazirliyi general mayor Həzi Aslanov haqqında materiallar dərc edib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskva, 24 aprel, AZƏRTAC

Rusiya Müdafiə Nazirliyi “Qranitdə əbədiləşdirilən adlar” tarixi-maarifləndirici layihəsi çərçivəsində Stalinqrad döyüşündə qələbənin qazanılmasında əvəzsiz xidmətləri olan iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru, azərbaycanlı Həzi Aslanovun qəhrəmanlıq şücaətindən bəhs edən materiallar dərc edib.

AZƏRTAC xəbər verir ki, nəşrdə 1942-ci ilin dekabrında polkovnik-leytenant Həzi Aslanovun komandanlığı ilə 55-ci Əlahiddə tank alayının Stalinqrad yaxınlığında mühasirəyə alınmış vermaxtın 6-cı ordusunu yarıb keçməyə çalışan “Don” alman qoşun qrupuna uğurla müqavimət göstərdiyi qeyd edilib. Azərbaycanlı komandirin tabelində olan və diqqətlə kamuflyaj edilmiş pusqulardan fəaliyyət göstərən tankçılar düşmənin 50-yə yaxın tankını məhv ediblər. Həzi Aslanovun alayı şiddətli hava hücumlarına tab gətirib və mühasirədən sonuncu xilas ola bilib. Bu döyüşlərə görə Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Daha sonra, 1944-cü ilin yayında general-mayor Həzi Aslanov Belarusun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yenidən fərqlənib və ikinci “Qızıl Ulduz” qəhrəman mükafatına namizəd göstərilib. Lakin 1945-ci il yanvarın 24-də Latviyada aldığı ağır yara onun üçün ölümcül olub və səhra xəstəxanasında dünyasını dəyişib. İkinci Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra, 1991-ci ildə verilib.

Əfsanəvi komandirin xatirəsi bir sıra şəhərlərdə - Bakıda, Lənkəranda, Belarusun Vileykasında, Volqoqradda əbədiləşdirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see340

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see269

Formula 1 ə görə bağlanan bütün yollar açıldı

22 Sentyabr 2025 09:50see173

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see139

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see136

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see134

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see134

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see131

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see128

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see124

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see124

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see123

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see122

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see121

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see120

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see120

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see117

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri