Icma.az
close
up
RU
Rusiya münasibətlərin yaxşı olmasını istəyirsə, öz siyasətini dəyişməlidir Deputat

Rusiya münasibətlərin yaxşı olmasını istəyirsə, öz siyasətini dəyişməlidir Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan biri Rusiya jurnalistlərinin azad edilməsi ola bilər.

Rusiyalı diplomatın belə bir şərtinin əsası varmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bir müddət bundan əvvəl bu məsələ geniş müzakirə olunub:

"Həbs olunan jurnalistlər məhz törətdikləri cinayətlərə görə həbs olunublar. Yəni onların həbs olunma səbəbinin kökündə bu durur. Yəni söhbət ondan gedir ki, Azərbaycanın dəfələrlə deməyinə baxmayaraq, yenə də Rusiya tərəfi "Sputnik"in burada fəaliyyət göstərməsini davam etdirib və nəticə etibarilə də belə bir məsələnin yaranmasının əsas səbəbkarı da məhz Rusiya tərəfidir. Ona görə də bu gün münasibətlərin bəlkə daha düzəlməsindən bəhs edərkən belə bir fikir bildirmək, belə bir məsələni ortaya qoymağın heç bir əsası yoxdur".

Millət vəkili qeyd etdi ki, onlar Azərbaycan qanunlarını pozublar və qanunu pozduqlarına görə də Azərbaycan hüquq-mühafizə orqanları belə bir addımı atıb.

"Yəni burada hansısa başqa bir siyasi səbəbdən söhbət gedə bilməz. Azərbaycan sırf bu qaydalar pozulduğuna görə belə bir addım atıb. Hazırda da hüquq-mühafizə orqanları məsələni araşdırırlar və Azərbaycanda məhkəmə müstəqildir, hüquq-mühafizə orqanları müstəqil işləyirlər. Hər şey tam aydınlaşandan sonra heç bir cinayət, heç bir günah olmazsa, o zaman həmin insanlarla bağlı müvafiq qərar qəbul ediləcək. Amma kimsə qaydanı pozubsa, kimsə cinayət törədibsə, onu bağışlamaq, onun qanun qarşısında məsuliyyət daşımaması üçün çalışmaq - bunlar qanuna da ziddir və ona görə Azərbaycanın yanaşması fərqlidir. Biz düşünürük ki, Rusiya bizim böyük qonşumuzdur, bizim münasibətlərimiz yaxşı olmalıdır, inkişaf etməlidir. Ancaq bu, yalnız bizdən asılı deyil. Bu, həm də Rusiya tərəfindən asılıdır. Rusiya tərəfi öz siyasətini dəyişməlidir", - deyə Ceyhun Məmmədov fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 İyul 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see214

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see210

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see161

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri