Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Azərbaycan liderini təbrik edib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri baş müfti şeyx Ravil Qaynutdin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Çox hörmətli cənab Prezident.
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və bütün xeyirxah təşəbbüslərinizdə Uca Allahdan xeyir-dua diləyirəm.
Rusiya müsəlmanları hörmətlə və ən səmimi arzularla Sizə ünvanlanan çoxsaylı təbriklərə qoşulurlar.
Sizin rəhbərliyinizlə qardaş xalqınızın qazandığı uğurları və nailiyyətləri, siyasi kursunuzun müdrikliyini və uzaqgörənliyini, Azərbaycan Respublikasının iqtisadiyyatının, elminin və mədəniyyətinin hərtərəfli inkişafını sevinclə qeyd edirik.
Bu nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutduğunu, ölkənin və onun xalqının gələcəyinin də təhlükəsiz olacağını bəyan etməyə imkan verir.
Sizin rəhbərliyinizlə Azərbaycan monolit cəmiyyətin bərabər hissələri olan müxtəlif dinləri və mədəniyyətləri birləşdirən bir ölkəyə çevrilib. Ölkənin möhkəmlənməsinə töhfə verəcək dinlərarası və millətlərarası dialoqa şəxsi diqqətinizi sevinc hissi ilə vurğulayırıq. Azərbaycan Respublikası və Rusiya Federasiyasında müsəlman xalqların ənənəvi dini olan İslamın dirçəldilməsi işinə göstərdiyiniz davamlı qayğıya görə xüsusi minnətdarlığımızı bildiririk. Azərbaycan xalqının mütləq lideri kimi arzularınız və qayğılarınız bizim üçün çox əzizdir.
Ümidvaram ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da iqtisadiyyatını və beynəlxalq mövqelərini ardıcıl, məqsədyönlü şəkildə gücləndirməyə davam edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Uca Allahdan Sizə və bütün Azərbaycan xalqına firavanlıq və rifah, tükənməz enerji, mühüm işlərinizdə Yaradanın xeyir-duasını diləyirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 22 Dekabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















