Icma.az
close
up
RU
AMEAda Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri ilə görüş keçirilib

AMEAda Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri ilə görüş keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli dünya dini liderlərinin qlobal Bakı Sammiti çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti şeyx professor Ravil Qaynutdin, sədrin birinci müavini professor Damir Muxetdinov, qurumun Azərbaycan üzrə xüsusi nümayəndəsi Səfa Kərimov və idarənin əməkdaşları ilə görüşüb.

Akademiyadan bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan-Rusiya əlaqələrindən danışıb, iqtisadi, siyasi, ədəbi-mədəni sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. AMEA ilə Rusiya Elmlər Akademiyası (REA) arasında da əlaqələrin yüksək səviyyədə olduğunu deyən akademik İsa Həbibbəyli 2021-ci ildə akademiyalar arasında əməkdaşlıq müqaviləsinin imzalandığını, 2023-cü ildə həmin sənədin yenilənərək yeni yol xəritəsinin müəyyənləşdirildiyini söyləyib. Akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisələrinin REA-nın institutları ilə geniş əlaqələri olduğunu, birgə konfransların keçirildiyini, nəşrlərin işıq üzü gördüyünü vurğulayıb.

AMEA rəhbəri, həmçinin Arxeologiya və Antropologiya İnstitutu ilə Tatarıstan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun birgə yay məktəbi təşkil edəcəyini söyləyib.

Akademik İsa Həbibbəyli həmmüəllifliyi ilə işıq üzü görmüş “Qabdulla Tukay və Azərbaycan” kitabını qonaqlara təqdim edərək bildirib ki, əsər tatar ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair, publisist, tərcüməçi, ictimai xadim Qabdulla Tukayın Azərbaycan mətbuatı və ədəbiyyatı ilə əlaqələri, ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edir. O, Nəriman Nərimanovla Qabdulla Tukayın sıx dostluq əlaqələrinə də toxunub.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri professor Ravil Qaynutdin Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə şəxsi görüşlərindən bəhs edib. Qonaq Azərbaycan xalqının öz tarixi torpaqlarını işğaldan azad etməsi ilə qürur duyduğunu dilə gətirib. Əlavə edib ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkə liderinin və xalqının beynəlxalq arenadakı mövqeyini bir daha nümayiş etdirir.

Azərbaycan və tatar xalqlarının tarixi və mədəni əlaqələri haqqında bəhs edən Ravil Qaynutdin Bakı milyonçusu və mesenatı Şəmsi Əsədullayevin Moskvada yerləşən evi haqqında danışıb, 1917-ci ilin mayında məhz bu evdə Ümumrusiya müsəlmanları qurultayının keçirildiyini vurğulayıb.

Qonaq, həmçinin akademik İsa Həbibbəylinin AMEA ilə REA, xüsusilə Tatarıstan Elmlər Akademiyası arasında əlaqələrin inkişafına verdiyi töhfələri vurğulayıb.

Daha sonra çıxış edən Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru professor Damir Muxetdinov iki qardaş xalqın oxşar cəhətlərindən, tarixi və mənəvi bağlılığından bəhs edib. Mirzə Cəfər Topçubaşov və Mirzə Kazım bəyin Rusiya şərqşünaslığının əsasının qoyulması və inkişafında misilsiz xidmətlərindən danışan qonaq XX əsrin əvvəllərində Rusiya İmperiyasının Dövlət Dumasının Müsəlman fraksiyasının məhz azərbaycanlı ziyalı Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə formalaşdığını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri