Icma.az
close
up
RU
Rusiya müxtəlif növ silahlarla Ukraynaya növbəti kütləvi hücuma keçib

Rusiya müxtəlif növ silahlarla Ukraynaya növbəti kütləvi hücuma keçib

Icma.az bildirir, Azertag portalına istinadən.

Kiyev, 21 avqust, AZƏRTAC

Rusiya Federasiyası avqustun 21-nı keçən gecə saatlarında Ukrayna ərazisinə növbəti dəfə hücuma keçib, “Şahed” PUA-ları, qanadlı raketlər və “Kinjal” aeroballistik raketlərlə ağır zərbələr endirib.

AZƏRTAC xəbər verir ki, hücumlar Lvov, Mukaçevo və Zaporojyedə qeydə alınıb. Mukaçevoda 12, Lvovda isə 1 nəfər yaralanıb.

Ukraynada hava hücumu xəbərdarlığı ötən gecə düşmənin “Şahed” hücum PUA-larını işə salması ilə elan edilməyə başlanıb. Rusiya dronları Ukrayna hava məkanında müxtəlif istiqamətlərdə qeydə alınıb.

Səhər saat üç radələrində Ukraynanı genişmiqyaslı həyəcan siqnalı bürüyüb. Rusiya tərəfi bir neçə “MiQ-31K” təyyarəsini havaya qaldırıb. Demək olar ki, dərhal “Kinjal” aeroballistik raketinin buraxılması manevrləri qeydə alınıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, əsas hədəf ölkənin qərb rayonları olub.

Rusiya da bu gecə qanadlı raketlərdən də istifadə edib. Hərbi Hava Qüvvələri onların cənubdan və şimaldan hərəkət etdiyini bildirib. Qeyd edək ki, monitorinq kanalları Qara dənizdə Rusiyanın strateji aviasiya və raketdaşıyıcılarının fəaliyyəti barədə məlumat verib. Lakin bu barədə rəsmi məlumat verilməyib.

Rusiya ordusu Mukaçevo şəhərindəki müəssisəyə raket zərbəsi endirib. Saat 08:00-a olan məlumata görə, xilasedicilər hücumun fəsadların aradan qaldırılması ilə məşğul olurlar. Yerli hakimiyyət də şəhər sakinlərini pəncərələrini bağlamağa çağırıb. Bu, Rusiyanın raket zərbəsi nəticəsində havanın çirklənməsi ilə bağlıdır. “Hər kəsdən xahiş edirik ki, pəncərələrini möhkəm bağlasınlar və zərurət olmadıqca, çölə çıxmasınlar”, - deyə məlumatda bildirilir.

Saat 07:15-ə olan məlumata görə, Mukaçevoda 13 nəfərin xəsarət aldığı məlum olub. “On nəfər təcili yardım maşını ilə Müqəddəs Martin xəstəxanasına çatdırılıb, sonra müalicə üçün daha iki yaralı müraciət edib”, - deyə şəhər hakimiyyəti bildirib.

Rusiya Federasiyası qanadlı raketlər və hücum dronları ilə Lvov və ətrafdakı əraziyə hücum edib. Zərbə Yelena Stepanovna küçəsi ərazisində qeydə alınıb, ilkin məlumata görə, orada ölənlər var. “Partlayış dalğası onlarla evə: pəncərələrə və damlara ziyan vurub. Hadisə yerində bütün xidmətlər işləyir. Digər yerlərdə də yanğınlar barədə məlumat var. Yoxlamalar aparırıq”, -deyə Lvov meri Andrey Sadovıy məlumat verib.

Bu arada, Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski zərbə nəticəsində ilk itkilər barədə məlumat verib. “İlkin məlumatlara görə, Lvovda PUA və qanadlı raketlərin zərbə endirməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb”, - deyə o bildirib. Onlarla yaşayış binasına da ziyan dəyib.

Rus qoşunları Zaporojye şəhərinə iki dəfə zərbə endirib. Bir neçə sənaye infrastrukturu obyektinə və yaşayış binasına ziyan dəyib. Partlayış dalğası evlərə ziyan vurub, pəncərələr sınıb. Hücum baş verən yerlərdə kommunal xidmətlər işləyir, habelə bir neçə sənaye infrastruktur obyektinə də ziyan dəyib.

İlkin məlumatlara görə, Rusiyaya məxsus 6 raket və 12 pilotsuz uçuş aparatı Çerkassı vilayəti daxilində məhv edilib. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur. Eyni zamanda, Zolotonoşa rayonundakı yaşayış binaları vurulan raketin dağıntıları ilə zədələnib.

Lutsk merinin sözlərinə görə, bu gün şəhər yenidən düşmənin pilotsuz təyyarələrdən və raketdən istifadə edərək kütləvi hücumuna məruz qalıb. Saat 08:00-a olan məlumata görə, ölən və yaralanan yoxdur. “Bu gecə “hava hücumu” siqnalı zamanı bölgə ərazisində düşmənin uçan hədəfləri olub. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri işləyirdi. Atışma olub. Daha ətraflı məlumat sonra veriləcək”, -deyə vilayət hərbi administrasiyasının başçısı Sergey Tyurin qeyd edib. Hələ ki, ölənlər, yaralananlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri