“Rusiya NATO nun əsas rəqibidir və Ukraynaya yardım taleyüklü məsələdir“ Mark Rütte
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"NATO rəhbərliyi Ukraynaya dəstəyi Rusiyaya qarşı ümumi təhlükəsizlik xətti kimi təqdim edir..."
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində NATO-nun baş katibi Mark Rütte Ukraynaya hərbi dəstəyin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Moderator.az xəbər verir ki, bu barədə "eurointegration.com" nəşri" məlumat yayıb.
"Söhbət kollektiv təhlükəsizliyimizdən gedir"
Mark Rütte bu dəstəyin təkcə Kiyevin deyil, bütün Alyansın təhlükəsizliyi üçün həlledici olduğunu bildirib. O, "Ukrayna səhər yeməyi"ndə çıxışı zamanı Rusiyanı NATO-nun əsas rəqibi adlandırıb və müttəfiqləri sadəlövh olmamağa çağırıb. Rütte bildirib ki, Ukrayna ordusu hazırda Rusiyaya qarşı faktiki olaraq bütün Alyansın təhlükəsizlik xəttini qoruyur və bu səbəbdən dəstək davamlı olmalıdır. Rütte xüsusilə HHM sistemləri və raket tutucularına ehtiyac olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ABŞ bu silahları tədarük etməyə hazırdır, Avropa və Kanada isə maliyyələşdirmədə əsas rol oynamalıdır. "Birləşmiş Ştatlar Ukraynaya lazım olan qədər hərbi texnika, xüsusilə də bu raket tutucularını verməyə hazırdır. Bunun xərcini avropalılar və kanadalılar ödəyir. Biz bu axının dayanmasına imkan verməməliyik. Ukraynalılar ruslarla döyüşür. Onlara bizim dəstəyimiz lazımdır. Bu, eyni zamanda bizim kollektiv təhlükəsizliyimizdir. Məhz məsələ bundadır", - NATO baş katibi bildirib.
Ukraynanın Avropa yolu: siyasi iradə var, zaman lazımdır
Davosda çıxış edən Niderlandın baş naziri Dik Sxof isə Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə toxunub. O, Ukraynanın mütləq Aİ üzvü olacağını desə də, bu prosesin illər çəkəcəyini vurğulayıb. Sxofun sözlərinə görə, müharibə şəraitinə baxmayaraq, Ukraynanın idarəetmə sahəsində atdığı addımlar təqdirəlayiqdir, lakin sürətləndirilmiş üzvlük həm Ukrayna, həm də Aİ üçün risk yarada bilər. O, bu məsələdə "dürüst olmağın vacibliyini" qeyd edib.
Ukraynanın enerji və AES obyektləri yenidən hədəfdədir
Bu arada Ukraynanın ATƏT-dəki nümayəndəsi Rostislav Palaqusinets Rusiyanın enerji infrastrukturu və atom elektrik stansiyalarına xidmət edən obyektlərə yeni zərbələr hazırladığı barədə məlumat verib. Onun sözlərinə görə, təkcə bu isitmə mövsümündə Rusiya enerji və kritik infrastruktura yüzlərlə hücum həyata keçirib. Palaqusinets bildirib ki, bu hücumlar qış şəraitində mülki əhalinin əzablarını maksimum artırmaq məqsədi daşıyır və Ukrayna HHM sistemlərinin və sursatların tədarükünün sürətləndirilməsinə ehtiyac duyur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















