Icma.az
close
up
RU
Rusiya niyə belə edir…

Rusiya niyə belə edir…

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son həftələrin diplomatik gündəmi bir sualı yenidən aktuallaşdırıb. Rusiya niyə uğursuzluqlarını daim xaricdə axtarır? Ukraynadakı hərbi vəziyyət ağırlaşdıqca, Moskvanın rəsmi ritorikası genişlənir, əvvəllər neytral vasitəçi kimi qəbul etdiyi Türkiyəyə, tarixən müttəfiq saydığı Azərbaycana və regionun digər aktorlarına qarşı ittiham dili sərtləşir. Bütün bunlar çürüyən sistemli bir modelin təzahürüdür.

Bir müddət öncəyə qədər Rusiya Türkiyəni "mühüm regional aktor və dəniz qonşusu" kimi təqdim edir, Ankaranın Qara dənizdə sabitlik təşəbbüslərinə hazır olduqlarını bildirirdi. Lakin may ayında tonlar kəskin dəyişdi. Zaxarova Türkiyəni və Bolqarıstanı NATO çərçivəsində Ukraynaya dəstək göstərməklə Qara dənizə "ekoloji zərbə" vurmaqda ittiham etdi. Bu yanaşma Moskvanın tarixən neytral vasitəçi saydığı Ankaraya qarşı ilk açıq ittihamı idi. Halbuki Rusiya Türkiyənin NATO üzvü olduğunu bilməmiş deyil. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanının Məkkə razılaşmasından sonra Rusiya daha da aqressivləşib.

Avqust ayında bu xətt daha kəskin xətt üzrə davam etdi. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qara dənizdə hərbi əməliyyatlara moratorium təklifini irəli sürdüyü açıqlanandan sonra, Zaxarova bunu təkzib edərək rəsmi müraciətin olmadığını bildirdi. Bir neçə gün sonra isə ABŞ və Türkiyənin Ukraynaya iri həcmli silah tədarükü planları gündəmə gələndə, Zaxarova bunun "Rusiyanın ABŞ və Türkiyə ilə münasibətlərinə ciddi zərər vuracağını" açıqlayıb.

Diqqətəlayiq məqam budur ki, hər dəfə münasibətlərdə gərginlik yarananda, izah Moskvanın öz addımlarında deyil, tərəf-müqabilin "düşmənçiliyində" axtarılır.

İş ondadır ki, Rusiyanın belə aqressivliyi yalnız Türkiyəyə aid deyil. Avqustun 17-də Azərbaycanın Baş Prokurorluğu terrorizm çağırışlarına görə üç rusiyalı jurnalist və "ekspert"i beynəlxalq axtarışa verəndə, Zaxarovanın reaksiyası maraqlı oldu. O, bu şəxslərin fikirlərinin "Moskvanın dövlət xətti ilə heç bir əlaqəsi olmadığını" bildirərək, münasibətlərin 2022-ci il fevral tarixli Müttəfiqlik Bəyannaməsi əsasında davam etməli olduğunu vurğuladı. Problemi fərdlərin üzərinə atdı. Amma uşaq da bilir ki, Rusiyanın bu açıqlaması Cırtdan nağılıdır, həmin şəxslər rəsmi Moskvanın iradəsindən kənar belə addım ata bilməzdilər.

Odur ki, bunu təsadüfi ritorik seçim kimi qiymətləndirmək mümkün deyil. Ekaterinburqda iki azərbaycanlının öldürülməsindən sonra gərginləşən münasibətlərdə də oxşar nümunə müşahidə olunub. Problem hər dəfə konkret hadisələrdən kənarda, "üçüncü tərəflərin təxribatı" kimi çərçivələnib.

Rusiya - Türkiyə münasibətlərinin tarixi araşdırmaları göstərir ki, bu əlaqələr əsrlərdir dövri xarakter daşıyıb.  XVI əsrin sonundan XX əsrin əvvəlinə qədər Osmanlı və Rus imperiyaları arasında münasibətlər adətən düşmənçilik və qarşıdurma ilə səciyyələnib, zamanla yaxınlaşma dövrləri ilə növbələşib. Tarixi arxa fon, bugünkü gərginliyin "yeni" deyil, dərin struktur köklərə malik olduğunu göstərir.

Sovet dönəmindən qalan "yaxın xarici" doktrinası, yəni keçmiş SSRİ məkanının Moskva üçün təbii nüfuz dairəsi sayılması bu gün də Rusiyanın xarici siyasət təfəkküründə qalır. Qərbli analitiklər (məsələn, Zbigniew Brzezinski öz əsərlərində) uzun müddət qeyd edib ki, Rusiya öz təhlükəsizliyini yalnız ətrafındakı ölkələr üzərində nəzarətlə təmin edilə bilən bir amil kimi görür. Belə bir baxış müstəqil qonşu dövlətlərin öz xarici siyasət seçimlərini "təhdid" kimi qəbul etməyə gətirib çıxarır.

Analitik baxımdan bunun bir neçə funksional izahı var.  Rusiya üçün daxili siyasi mobilizasiya: xarici "düşmən" obrazı, daxili çətinliklərdən diqqəti yayındırmaq üçün ənənəvi vasitədir. Danışıq mövqeyini gücləndirmək, ittiham dili, gələcək danışıqlarda güzəşt tələb etmək üçün təzyiq vasitəsi kimi işlədilir. Buna paralel olaraq məsuliyyəti yayındırmaq, hərbi meydanda uğursuzluqların səbəbini "kənar müdaxilədə" göstərmək, öz strategiyasının sual altına düşməsinin qarşısını alır.

Rusiya tərəfinin öz nöqteyi-nəzərinin olması təbiidir, ancaq burada qonşuları hədəf götürmək Rusiyanın 1000 illik siyasətidir. İndi də Rusiya rəsmiləri NATO-nun 1990-cı illərdən bəri şərqə doğru genişlənməsini özlərinin təhlükəsizlik narahatlığının əsas mənbəyi kimi təqdim edirlər və bunu illərdir ictimai müzakirədə saxlayırlar. Türkiyənin NATO üzvü kimi Ukraynaya silah tədarükünü, Moskva öz mövqeyindən "münaqişəyə birbaşa qoşulma" kimi qiymətləndirir.

Analitiklər Rusiyanın bu ittihamlarını "ikili standart" kimi tənqid edir.

Faktlar göstərir ki, Moskvanın son aylardakı ritorikası Türkiyə, Azərbaycan və digər qonşu dövlətlərə qarşı ardıcıl bir naxışı təkrarlayır. Gərginlik yarananda məsuliyyət xaricdə axtarılır, daxili və ya strateji səbəblər arxa plana keçir. Bu, həm tarixi "yaxın xarici" təfəkkürünün davamı, həm də cari hərbi-siyasi konyunkturanın məhsuludur.

Elnur ƏMİROV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Avqust 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see264

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see264

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see246

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see242

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see237

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see231

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see225

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see224

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see218

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see206

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see204

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see202

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see201

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see201

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see200

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see200

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see199

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see198

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri