Icma.az
close
up
RU
Rusiya 3+3formatında niyə aktivlik edir? AÇIQLAMA

Rusiya 3+3formatında niyə aktivlik edir? AÇIQLAMA

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"3+3" formatı bir neçə il bundan əvvəl irəli sürülmüşdü. Ötən bu illər göstərdi ki, potensialı kifayət qədər olsa da, nəzərdə tutulan ölkələr arasındakı münasibətlər və ziddiyyətlər bu formatın işləməsinə imkan vermədi”.

Bunu siyasi şərhçi Həsrət Rüstəmov Rusiyanın "3+3" platformasını mütəmadi olaraq gündəmə gətirməsini Bakıvaxtı.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə. xüsusilə də Rusiyanın bu regiona keçmiş imperialist maraqlarını dəyişməməsi və İranın həm region, həm də dünyadakı yanlış mövqeləri bu ideyanı mənasız, ölü doğulan proyektə çevirdi. H.Rüstəmov bildirib ki, indi Rusiyadan bu formatla bağlı fəallığın yaranması da fikrimcə, bu sahədə irəliləyiş əldə etmək məqsədi güdmür:

“Bu, daha çox Donald Trampın vasitəçiliyi ilə Zəngəzur dəhlizinin açılması və Cənubi Qafqazda sülh istiqamətində bu yaxınlarda Vaşinqtonda əldə olunan razılaşmaya mane olmaq cəhdidir. Elə hesab edirəm ki, Azərbaycan bölgədəki vəziyyətin normallaşmasına və sülhə xidmət edən, artıq əldə olunmuş Vaşinqton razılaşmasını əsas götürərək siyasət yürütməli, regional əməkdaşlıq, iqtisadi əlaqələr baxımından isə ikitərəfli münasibətlərin inkişafına daha çox diqqət etməlidir”.

Həsrət Rüstəmov: Rusiyadan fəallığı bu sahədə irəliləyiş əldə etmək məqsədi güdmür

Müsahibimizin fikrincə, Rusiyanın və İranın iştirakı ilə ən azı yaxın gələcəkdə ciddi bir regional formatın real və işlək olacağına inanmaq bu ölkələrin qeyri sağlam münasibəti baxımından qeyri mümkündür.

Qeyd edək ki, ötən gün Moskva "3+3" regional məşvərət platformasının dördüncü nazirlər görüşünün 2025-ci ilin sonuna qədər keçirilməsini dəstəklədiyini açıqlayıb. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib ki, hazırda Ermənistan və Azərbaycan arasında əlaqə saxlayırlar, çünki orada növbəlilik məsələsi var:

"Yəni həm Ermənistan, həm də Azərbaycan tərəfi belə bir iclasa ev sahibliyi etməyə hazırdır, onlar növbəlilik qaydasını razılaşdırmalıdır, biz də bu istiqamətdə hər cür köməklik edirik".

Səfirin sözlərinə görə, bu platformanın Türkiyə və İran tərəfi ilə əlaqə saxlayan bütün iştirakçıları hesab edirlər ki, bu, faydalı formatdır və regional problemlərin həllində region dövlətlərinin özləri mühüm rol oynamalıdır:

"Bu, bizim prinsipal mövqeyimizdir. Əlbəttə ki, üçüncü ölkələrin iştirakı dəyərli ola bilər, lakin bu iştirak reallıqların və regional oyunçuların maraqlarının başa düşülməsi üzərində qurulmalıdır".

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri