Icma.az
close
up
RU
Rusiya o bölgəni qazsız qoydu və məsuliyyəti üzərindən atdı Kişinyovdan sərt CAVAB AzPolitika onlayn siyasiictimai qəzet

Rusiya o bölgəni qazsız qoydu və məsuliyyəti üzərindən atdı Kişinyovdan sərt CAVAB AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiyanın Moldovadakı səfiri Dnestryanıdakı enerji böhranı ilə bağlı verdiyi açıqlamalarla əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“AzPolitika” xəbər verir ki. Rusiyanın Moldovadakı diplomatik missiyası yanvarın 1-dən Rusiya qazının tədarükünün dayandırıldığı Dnestryanı bölgədə "sürətlə pisləşən vəziyyəti" həyəcanla izlədiyini açıqlayıb. Bəyanatda bildirilir ki, böhran Qərb və Ukrayna tərəfindən süni şəkildə yaradılıb və Ukrayna və Moldova mediası enerji böhranının məsuliyyətini Rusiyanın üzərinə qoymağa çalışır.

Moldova Xarici İşlər Nazirliyi rusiyalı diplomata xəbərdarlıq edilib ki, bu bəyanatlar Kişinyov və Moskva arasında münasibətlərə mənfi təsir göstərir.

Moldovanın separatçı Dnestryanı bölgəsinə Rusiya qazının tədarükü yanvarın 1-dən dayandırılıb. Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında Rusiyanın müharibə zamanı onun ərazisindən ixrac etdiyi qazdan faydalanmasının qarşısını almaq üçün müqaviləni yeniləmək niyyətində olmadığını açıqlamışdı. Beləliklə, 2019-cu ildə Ukraynanın “Navtoqaz”ı ilə Rusiyanın “Qazprom” şirkətləri arasında bağlanmış müqavilənin ləğv edilməsi adıçəkilən bölgəni də qazsız qoyub.

Dünən isə Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyi tərəfindən yayılan bəyanata cavab verib. Nazirlik bildirib ki, bu təhlükəli dezinformasiyanı qəti şəkildə rədd edir və Moskva yaratdığı böhrana görə məsuliyyəti öz üzərindən atmağa çalışır.

“Biz Moldova cəmiyyətini parçalamağa yönəlmiş yalan bəyanatları və Dnestryanıdakı enerji böhranının əsl mənşəyini gizlətmək cəhdlərini qəti şəkildə pisləyirik. Bu, ictimai rəyi manipulyasiya etmək və günahı Kişinyov və ya Kiyevə yıxmaq cəhdidir, əsl məsuliyyəti isə yalnız Moskvanın daşıyır. Dnestryanıya qaz tədarükü üçün məsuliyyət tamamilə Rusiya Federasiyasının və müqavilə öhdəliklərini yerinə yetirməmək yolunu seçən və qaz təchizatının davamlılığını təmin etmək üçün əlverişli həllər təklif etməyən “Qazprom”-un üzərinə düşür. Təchizatın dayandırılması qərarından Moldova Respublikasında sabitliyi pozmaq məqsədi ilə istifadə etmək yalnız yalan deyil, həm də dərin kini ifadə edir” – deyə, bəyanatda qeyd olunur.

XİN bəyan edir ki, Moldova hökuməti konkret tədbirləri ilə çətin qış dövründə Dnestr çayının hər iki sahilində vətəndaşlara dəstək olmaq öhdəliyinə sadiq olduğunu sübut edib.

“Ölkəmiz Dnestryanı problemin guya “güc yolu ilə həlli” ilə bağlı təxribat xarakterli ritorikanı və təhlükəli eyhamları qətiyyətlə pisləyir. Moldova Respublikası dialoq və onun suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə ölkənin dinc yolla reinteqrasiyasına qətiyyətlə sadiqdir” - deyə, sənəddə bildirilir.

Xarici İşlər Nazirliyi Rusiya səfirliyini ikitərəfli münasibətlərə daha da xələl gətirən və regional vəziyyəti qızışdıran dezinformasiya kampaniyasını dərhal dayandırmağa çağırıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Yanvar 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri