Icma.az
close
up
RU
Rusiya onlardan alət kimi istifadə edib

Rusiya onlardan alət kimi istifadə edib

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Reallıqları qəbul edə bilməyən və revanşizmə can atan keçmiş separatçı "banda"nın törtöküntüləri bu gün də Rusiyaya ümidlə baxmağa, Kremldən dəstək ummağa davam edirlər. Bunu Qarabağdakı keçmiş erməni silahlı quldur dəstəsinin başçılarından biri olan Vitali Balasanyanın Rusiya prezidenti Vladimir Putinə ünvanladığı müraciətindən də görmək mümkündür.
Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə tanınan qatı erməni millətçisi Vitali Balasanyan Putinə məktubunda alman faşizmi üzərində Qələbənin 80 illiyini bəhanə edərək, sözügedən "böyük Qələbəyə 90 min Qarabağ ermənisinin töhfə verdiyini" iddia edib və "erməni xalqının qəhrəmanlığı" barədə ağzına və ağlına gələn uydurmaları yazıb. Məktubunun sonunda isə Balasanyan Putinin vasitəçiliyi ilə "Böyük Vətən Müharibəsində qalib gəlmiş xalqın" varisləri olan Qarabağ ermənilərinin "öz tarixi vətənlərinə" qayıdacaqlarına ümid bəslədiyini bildirib.
Belə bir məktubla Rusiya liderinə müraciət edilməsi sözsüz ki, revanşistlərin növbəti təxribatıdır. Balasanyanın bu addımı bir daha onu göstərir ki, ermənilər Azərbaycanın əzəli torpaqlarında yenidən "lövbər" salmaq, yerləşmək cəhdlərindən əl çəkmək istəmirlər. Eyni zamanda, bu məktub ermənilərin Rusiyanın "alət"i, satelliti rolunda çıxış etmək vərdişlərinin hələ də davam etdiyini təsdiqləyir. Xarici güclərə (ilk növbədə isə Rusiyaya) yarınmaq, könüllü şəkildə onların alətinə çevrilməklə öz məqsədlərinə nail olmaq ermənilərin köhnə vərdişidir. Onlar indi də yenidən Putinə yalvarmaqla öz istəklərinə nail ola biləcəklərini zənn edirlər.
Bu kütbeyinlər hələ də anlaya bilmirlər ki, Rusiya onlardan alət kimi istifadə edib və kənara atıb. Başqa sözlə desək, özlərini "Qarabağ klanı" adlandıran bu separatçı-revanşist törtöküntülərinin "istifadə müddəti" artıq bitib. Moskvanın onlardan təkrar istifadəyə cəhd göstərməsi və Azərbaycanla münasibətləri daha da gərginləşdirməsi ağılsızlıq olardı. Bu baxımdan, Rusiya lideri böyük ehtimalla ermənilərin təxribatçı müraciətinə heç bir reaksiya verməyəcək.
Dünya birliyi 44 günlük müharibənin yaratdığı yeni reallıqları çoxdan qəbul edib və Qarabağın Azərbaycana məxsus olduğunu yekdilliklə təsdiqləyib. Ermənistanın revanşist qüvvələri də artıq reallıq hissinə qayıtmalı və utanmadan Putinə, Makrona, digər liderlərə yalvarmaq cəhdlərinə son qoymalıdırlar. Paşinyan iqtidarı bu revanşistləri cilovlayıb sakitləşdirməlidir. Çünki onların təxribatçı davranışları Ermənistan-Azərbaycan normallaşma prosesinə ciddi şəkildə mane olur. Rəsmi İrəvan sülh sazişinə gedən yolun təmizlənməsi və ədalətin bərpası üçün Vitali Balasanyan, Seyran Ohanyan, Samvel Babayan və onların keçmiş "xaç ata"ları - Robert Köçəryan, Serj Sərkisyan kimi Xocalı qatillərini tutub Azərbaycana təhvil verməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 May 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri