Rusiya ordusu Xarkovu raket və dronlarla vurdu Xeyli sayda ölən və yaralananlar var
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın hərbi qüvvələri avqustun 18-nə keçən gecə Ukraynanın Xarkov şəhərinə zərbələr endirib. Şəhər meri İqor Terehovun verdiyi məlumata görə, İndustrialnı rayonunda çoxmərtəbəli yaşayış binasına dörd dronla hücum nəticəsində beş nəfər, o cümlədən bir yaşlı körpə həyatını itirib.
Hadisə zamanı 18 nəfər yaralanıb, onlardan altısı uşaqdır. Merin sözlərinə görə, dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda beş nəfər itkin düşmüş sayılır.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum səhər saat 05:00 radələrində baş verib. Partlayışdan sonra binanın birinci, üçüncü və beşinci mərtəbələrində yanğın yaranıb, alov 900 kvadratmetr ərazini əhatə edib.
Bundan əvvəl Terehov Xarkovun İndustrialnı rayonuna ballistik raket zərbəsi barədə məlumat vermişdi. Nəticədə altı çoxmərtəbəli binada pəncərələr sınıb, iki nəfər xəsarət alıb.
“AzPoltika.info”
Baxış sayı:86
Bu xəbər 18 Avqust 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















