Rusiya ordusunu neft məhsulları ilə təmin edən magistral kəməri partladılıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Rusiyanın Saratov vilayətinin Krasnoarmeysk rayonunda sentyabrın 8-də yerli vaxtla təxminən gecə saat 1-də magistral neft kəmərində güclü partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, partlayış nəticəsində Rusiya ordusunu neft məhsulları ilə təmin edən "Kuybyşev-Lisiçansk" magistral neft kəməri sıradan çıxarılıb.
Məlumata görə, partlayışlardan sonra səhər hadisə yerində hücumun nəticələrini aradan qaldırmağa çalışan işçilərin toplaşdığı müşahidə edilib.
Mənbələrin məlumatına görə, bu, təkcə son sutka ərzində sıradan çıxarılmış Rusiyanın neft-qaz infrastrukturunun artıq üçüncü obyektidir. Daha əvvəl Rusiyanın Penza vilayətində qaz və neft kəmərlərində partlayışlar barədə məlumat verilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 Sentyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















