Icma.az
close
up
RU
Rusiya öz vədlərinə əməl edəcəkmi?

Rusiya öz vədlərinə əməl edəcəkmi?

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yenə də Azərbaycan və Rusiya prezidentləri arasındakı görüşdən yazacam. Bu görüş, bu müzakirə haqda çox şərh verilir. Təqdir edən də çoxdur, tənqid edən də var.

Mən şəxsən bu görüşə əvvəlki yazımda bir kontekstdən yanaşmışam: Azərbaycan Rusiyanın tarixind presedent yarada bilib. Nədir bu presedent? Onu da təhlil etmişəm: Sovet İttifaqı və onun hüquqi varisi olan Rusiya indiyədək ABŞ-ın, Cənubi Koreyanın, Malayziyanın mülki təyyarələrini vurub (sonuncusu ilə bağlı hətta BMT qətnaməsi də var). Bütün hallarda Moskvadan məsuliyyətini etiraf etmək, üzr istəmək, kompensaiya ödəmək tələb edilib. Ancaq heç bir tələbi qəbul etməyib, üzr istəməyib, kompensasiya ödəməyib. Azərbaycan mülki təyyarəsinin vurulmasına gəlincə, dekabrın 25-də bu faciə baş verib, dekabrın 29-da Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, üzrxahlığını bildirib. Bu il oktyabrın 9-da isə o, Azərbaycanlı həmkarı ilə görüşdə həmin telefon zəngini və üzrxahlığını xatırladıb. Bununla da üzrünü bir daha təkrar edib.

Sosial mediadakı bəzi şərhlərdə bunun əslində üzr istəmək olmadığı bildirilir, yetərli sayılmır. Bu fikirlərə də, əlbəttə, normal yanaşmaq lazımdır. Azərbaycan cəmiyyəti (o cümlədən, elə bu sətirlərin müəllifi də) Rusiyanın üzrxahlığının təkrar və aydın ifadə olunmasını gözləyirdi. Ancaq Putin əvvəlki üzrünü xatırlatmağı seçdi.

Şübhəsiz ki, üzrxahlığı ifadə etməyin formasını təqsirkar tərəf özü seçir; biz bunun mətnini diqtə edə bilmərik. Ancaq üzrü qəbul edə bilərik, ya etməyə bilərik. Bütün hallarda əsas olan üzrün (hansı formada olursa-olsun) istənilməsi faktının özüdür. Bu, üzr istəyən tərəfin öz təqsirini etiraf etməsi anlamı daşıyır. Bu mənada Rusiya öz təqsirini qəbul edib. Sadəcə, bu hadisəni - təyyarənin vurulmasını kənar faktorlarla izah etməyə çalışır.

Rusiya öz hərbçilərinin Ukrayna dronlarına atəş açdığını, raketin qəlpələrinin Azərbaycan təyyarəsinə dəydiyini əsas gətirir. Bunu da, əslində, Azərbaycan əvvəldən qəbul edib; cəmiyyət də anlayır ki, Rusiya müharibə vəziyyətindədir və Azərbaycan təyyarəsi qəsdən vurulmayıb. Qəsdən olsaydı, buna "terror" deyərdik. Azərbaycan dövlətini və cəmiyyətini narazı salan, qəzəbləndirən o idi ki, Rusiya bir yandan birinci şəxs səviyyəsində üzr istəyir (ümumən təqsirli olduğunu qəbul edir), o biri yandan isə, bu təqsiri gizlətməyə, hətta qəzanın məsuliyyətini dolayısı ilə təyyarə heyətinin üzərinə atmağa çalışır. Bu cür qeyri-adekvat davranış on ay boyunca davam edir. Bu da azmış kimi "oğru elə çığırsın ki, doğrunun bağrı yarılsın" prinsipi ilə Azərbaycan dövlətinə və xalqına qarşı hər cür vasitələrlə genişmiqyaslı hücum kampaniyası quruldu və aylarla davam edir. Yəni Rusiyanın üzrünün yetərli sayılmaması üçün yetərincə əsas var: Vladimir Putin təkcə mülki təyyarənin vurulmasına görə deyil, həm də Rusiyada yaşayam Azərbaycanlılara qarşı total repressiya əməliyyatlarına, nəticədə Səfərov qardaşlarının ölümünə, xeyli Azərbaycanlının qanunsuz həbsinə, onlara verilən işgəncələrə, Azərbaycanlı iş adamlarının biznesinə, əmlakına, maliyyə resurslarına əl qoyulmasına görə də məsuliyyətini etiraf edib, üzr istəməli idi. Azərbaycan cəmiyyətinin bu gözləntiləri də var. Prezidentlər arasındakı görüşdə bu məsələlərin müzakirəsi oldumu, olmadımı, bilmirəm. Hər halda, görünür, bu qədər məsələ qısa bir protokol görüşünə sığdırılmayıb. Çünki bu on ay ərzində çox hadisə baş verib, çox detallar var. Bu məsələlər detallı şəkildə hər iki ölkənin prokurorluq orqanları və başqa strukturlar arasında işçi qaydada müzakirə olunmaqdadır. Ola bilsin, bu səbəbdən bütün baş verənlər prezidentlərin onsuz da qısa görüşünün gündəliyinə çıxarılmayıb. Hər bir halda Azərbaycan cəmiyyəti Rusiyada yaşayan Azərbaycanlılara qarşı repressiyanın dayandırılmasını və günahsızların azadlığa buraxılmasını gözləyir. Azərbaycan dövlətindən də gözlənti budur ki, Rusiya tərəfi ilə kontaktlarında həmin münaqişəli məsələlərin həllini tələb etsin və buna nail olsun. Bu nöqtədə, düşünürəm, hökumətin və cəmiyyətin mövqeyi eynidir.

Azərbaycan dövləti də bilir ki, Rusiya öz vədlərini yerinə yetirməyə bilər. Təqsirkarlar cəzalandırılmaya bilər, kompensasiya ödənilməyə bilər. Yəni Vladimir Putin öz sözlərini tutmaya bilər. Ancaq ilk nəticə əldə olunub: Rusiya tərəfi Azərbaycan təyyarəsinə görə məsuliyyəti dünyanın gözləri qarşısında ən yüksək səviyyədə etiraf edib. Doğrudur, Rusiyanın hərbi texnikasında nasazlıq olduğu da bildirildi, ancaq bunun təqsirkarı da Rusiyanın özüdür.

Beləliklə, ümumiləşdirsək, Rusiya Azərbaycanla münasibətləri düzəltmək istəyir. Putin "üst-üstə düşən maraqlar" haqqında danışır. Bu, əlbəttə, belədir. Məsələ təkcə, tənqidçilərin dediyi kimi, hakimiyyət maraqlarından getmir (hərçənd bu da var), iki ölkənin üst-üstə düşən xeyli milli maraqları da var. Bunu heç kim inkar etmir.

Bəli, Rusiya Azərbaycanın qonşusudur və Azərbaycan üçüb böyük bazardır. Bu ölkə Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Rusiyada milyonlarla Azərbaycanlı yaşayır; çox sıx insani əlaqələr var və sair. Rusiyanın maraqları nədir, bunu da özləri də, biz də çox yaxşı bilirik, təkrar sadalamağa gərək yoxdur. Əsas sual budur ki, Rusiya bu üst-üstə düşən maraqların üstündən xətt çəkməyə davam eləyəcək, ya yox?! Öz vədlərinə əməl edəcək, ya yox?!

Bunu da bizə zaman göstərəcək.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Oktyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see496

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see360

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see356

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see337

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see336

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see334

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see308

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see306

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see306

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see297

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see292

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see292

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see287

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see283

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see274

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see252

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see237

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see227

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see223

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri