Icma.az
close
up
RU
Rusiya Paşinyanı devirmək üçün ordu göndərib? Moskvadan reaksiya gəldi

Rusiya Paşinyanı devirmək üçün ordu göndərib? Moskvadan reaksiya gəldi

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Xarici İşlər Nazirliyi “The Insider” nəşrinin baş nazir Nikol Paşinyana qarşı fəaliyyət göstərmək üçün FSB, QRU və SVR əməkdaşlarının İrəvana göndərilməsi ilə bağlı yaydığı məlumatları yalan adlandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə qurumun teleqram kanalında yayılan açıqlamada bildirilib.

Qeyd olunub ki, sözügedən “araşdırma”da yer alan iddialar həqiqəti əks etdirmir və məqsəd Rusiya diplomatlarına psixoloji təzyiq göstərmək, eləcə də seçkilər öncəsi Ermənistan cəmiyyətini qorxutmaqdır.

“Materialda göstərilən arqumentlər açıq yalan və təşkil olunmuş təxribatdan başqa bir şey deyil”, - açıqlamada vurğulanıb.

Rusiya XİN əlavə edib ki, nəşr irəli sürdüyü ittihamları təsdiqləyəcək heç bir ciddi sübut təqdim edə bilməyib və yazıda çoxsaylı faktoloji səhvlərə yol verilib.

“‘The Insider’ ittihamları təsdiqləyən heç bir inandırıcı fakt ortaya qoya bilmir”, - deyə bildirilib.

Nazirlik həmçinin İrəvandakı Rus Evi ilə bağlı iddialara da münasibət bildirib. Qeyd edilib ki, qurumun humanitar, mədəni və təhsil layihələri, eləcə də “yumşaq güc” siyasəti onun xaricdəki əsas fəaliyyət istiqamətlərinə uyğundur.

Moskva Rusiyanın Ermənistanın daxili işlərinə qarışdığı barədə ittihamları da rədd edib. Bildirilib ki, Rusiyanın Ermənistandakı diplomatik fəaliyyəti 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına uyğun həyata keçirilir.

Sonda Rusiya XİN bu cür materialları Moskvanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına yönəlmiş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirib.

“İrəvandakı "Rusiya agentləri" ilə bağlı növbəti "sensasiya"nı Rusiyanın və onun Ermənistanla əlaqələrinin gözdən salınmasına xidmət edən kampaniyanın bir hissəsi hesab edirik”, - açıqlamada qeyd olunub./publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 May 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri