Rusiya paytaxtını və Moskva vilayətini su basdı: Aylıq yağıntının 80% dən çoxu düşüb, körpü uçub
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya paytaxtı Moskva şəhərini və Moskva vilayətini su basıb.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
"Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovetsin sözlərinə görə, Moskva vilayətinə anormal dərəcədə çox yağış yağıb ki, bu da iyul üçün gözlənilən ümumi miqdarın 84%-ni təşkil edir.
Həmçinin fövqəladə hallar xidmətləri Moskva vilayətinin Naro-Fominski rayonunda güclü yağışlar nəticəsində körpünün uçması səbəbindən üç yaşayış məntəqəsi ilə əlaqənin kəsildiyini bildirib. Xilasedicilər yerli sakinləri qayıqla aparırlar.
Məlumata görə, Moskvada metronun "Skolkovo" stansiyasının damından su sızıb. Metronun "Pavşino" stansiyasındakı yeraltı keçidi su basıb və tamamilə bağlanıb.
Bəzi yaşayış komplekslərində avtomobil dayanacaqları suyun altında qalıb. Moskvanın mərkəzində leysan yağışlar səbəbindən təcili yardım maşını da suya batıb.
Proqnozlara görə, Moskvada ildırım və sürəti 15 m/san-ə çatan küləklə müşayiət olunan şiddətli yağış günün sonuna qədər dayanmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 İyul 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















