Icma.az
close
up
RU
Rusiya planını dəyişdi Müharibənin ən şiddətli mərhələsi başlayır

Rusiya planını dəyişdi Müharibənin ən şiddətli mərhələsi başlayır

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Ukraynanın böyük şəhərlərinə raket zərbələrini gücləndirir, ən effektiv uzaqmənzilli silahların istehsalını artırır və ordusunun sıralarını Şimali Koreyadan yeni əsgərlərlə doldurur.

Turkustan.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Nəşrin yazdığına görə, bunlar Rusiyanın müharibənin yeni, daha intensiv mərhələsini və ya hansısa formada eskalasiya planlaşdırdığını göstərən əlamətlərdir.

Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) əməkdaşı Emili Ferris bildirib ki, Rusiya eskalasiyaya hazırlaşsa da, bu, Kremlin parlament seçkilərindən sonra mütləq hücumu gücləndirəcəyi anlamına gəlmir.

“Rusiya bunu edə bilərmi? Əlbəttə. Amma hər şey Rusiyanın konkret məqsədə - bütün Donbası ələ keçirməyə nail ola biləcəyinə inanıb-inanmayacağından asılıdır”.

Ekspertlər eskalasiya üçün bir neçə ssenari irəli sürürlər. Bu ssenarilər son dərəcə az ehtimal olunan variantlardan, məsələn, taktiki nüvə silahından istifadə edilməsindən tutmuş Kremlin istəmədiyi variantlara, məsələn, Donbası ələ keçirmək üçün irimiqyaslı səfərbərliyə qədər dəyişir.

Bir çox ekspert ən ehtimal olunan variantın Rusiyanın daha çox uzaqmənzilli raketlərdən istifadə etməklə Ukraynanın kritik infrastrukturuna zərbələr endirməsi olduğunu düşünür.

“Bu, tamamilə mümkündür”, - Ferris hesab edir.

Hazırda ballistik və hipersəs raketləri Ukraynanın hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı şəraitində ələ keçirməsi ən çətin olan silahlardır.

Ukrayna, Cənubi Koreya və Qərbin qiymətləndirmələrinə görə, Şimali Koreya Rusiyaya sayı 50 minə çata biləcək canlı qüvvə ilə yanaşı, artilleriya mərmiləri və ballistik raketlər də verib. Nəşr yazıb ki, əlavə on minlərlə hərbçi bu qədər yüksək itkilər fonunda şəxsi heyət sayını qorumağa çalışan Rusiya ordusunu gücləndirəcək.

Yeni səfərbərlik müharibənin Rusiyaya göstərdiyi təzyiqin səviyyəsini nümayiş etdirərdi. Mənbə xatırladıb ki, Kreml 2022-ci ilin payızında 300 min ehtiyatda olan hərbçini səfərbər edəndə, Rusiyanın müxtəlif bölgələrində etirazlar başlamış və on minlərlə insan hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk etmişdi. Növbəti aylarda yeni böyük hücum üçün yüz minlərlə əlavə hərbçi mühüm əhəmiyyət daşıyardı./teleqraf

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Avqust 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri