Icma.az
close
up
RU
Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan dünyada və bölgədə yaranan durumu nəzərə almaq məcburiyyətindədir. Hər ikisi Ermənistanın xeyrinə deyil.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra Kreml ətrafında yeni hədəflər seçəcək və Moskva qonşuluğunda siyasətindən narazı qaldığı müxtəlif ölkələrə təzyiqi artıracaq:

“Bu ölkələrdən biri Ermənistan ola bilər. Nikol Paşinyanın xarici və təhlükəsizlik siyasəti Kremli çoxdandır narahat edir, ancaq Ukrayna müharibəsi Moskvanın Ermənistanı ram etməsinə imkan vermirdi. Kreml üçün belə bir imkan yaxın zamanda yarana bilər. Ağ Ev administrasiyasının Moskva ilə dialoqu da Paşinyanın narahatlığına səbəb olmaya bilməz. Paşinyan Bayden administrasiyası ilə intensiv dialoq aparırdı. Bayden hakimiyyətinin son günlərində Vaşinqtonda Ermənistanla strateji tərəfdaşlığı hədəfləyən saziş imzalanmışdı. Ancaq Trampı Ermənistan maraqlandırmır. Nikol Paşinyan Azərbaycanla mübarizədə Qərbin dəstəyinə arxalanırdı. Bu dəstək azaldığına görə Paşinyanın Azərbaycanla mübahisəli məsələləri həll etməkdən başqa alternativi qalmayıb.

Paşinyan Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını da istəyir. Ancaq bunun da yolu İrəvanın Bakı ilə sülh sazişinin imzalanmasından keçir. Ankara bu mövqeyini dəfələrlə İrəvana çatdırıb.

Nə qədər ki, Rusiya diqqətini Cənubi Qafqaza yönətlməyib, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var. Paşinyan sazişin imzalanması üçün son əngəli də aşmalıdır. Bu da Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasıdır. Doğrudur, Paşinyan yeni Konstitusiyanın qəbulu gərəkliyini bildirib. Ancaq o, bu məsələni gələn ilə, yəni Ermənistanda parlament seçkilərindən sonraya saxlayıb. Halbuki, dünyada və bölgədə hadisələr o qədər sürətlə dəyişir ki, Konstitusiyanı dəyişmək üçün bir il də uzun müddətdir. İrəvan sülh sazişindəki bütün bəndləri Bakı ilə razılaşdırıbsa, Konstitusiyada Azərbaycana aid bəndin həmin sənəddən çıxarılmasını da sürətləndirmək mümkündür.

Prezident İlham Əliyev Bakıda işinə başlayan XII Qlobal Bakı Forumda Ermənistanla sülhdə ölkəmizin maraqlı olduğunu bir daha təkrarlayıb. “Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, Ermənistana təqdim olunan həmin sülh müqaviləsinin müəllifidir. Prezident bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Prezidentin son cümləsindəki “demək olar ki...” ifadəsi o deməkdir ki, İlham Əliyev sülh sazişinin imzalanması üçün Nikol Paşinyanın son addımı atmasını, Kontitusiyada zəruri dəyişiklik etməsini gözləyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Mart 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri