Rusiya qələbə qazana bilməyəcək Rutte
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya mülki infrastruktur və yaşayış məntəqələrini hədəfə alsa belə, Ukraynaya qarşı apardığı müharibədə qalib gələ bilməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte alyansın Ankarada keçiriləcək sammiti ərəfəsində təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, ötən gecə Ukraynanın şəhərlərinə, mülki əhaliyə və infrastruktur obyektlərinə növbəti hücumlar həyata keçirilib, nəticədə insan tələfatı qeydə alınıb.
"Rusiya bu cür hücumlarla məqsədinə çata bilməyəcək və bu müharibədə qalib olmayacaq", – deyə Rütte vurğulayıb.
NATO-nun Baş katibi qeyd edib ki, Rusiyadan qaynaqlanan təhlükə hələ də davam edir və Ukraynanın hava hücumundan müdafiə imkanlarının daha da gücləndirilməsi vacibdir.
Rütte əlavə edib ki, cəbhədə ciddi itkilər verməsinə baxmayaraq, Rusiya aqressiv siyasətini davam etdirir. Onun sözlərinə görə, Ukrayna isə Rusiya iqtisadiyyatına və hərbi-sənaye kompleksinin əsas imkanlarına zərbələr endirməklə döyüş meydanında mühüm nəticələr əldə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 06 İyul 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















