Rusiya qoşunları Azov qruplaşmasının zərbə qüvvəsini məhv ediblər VİDEO
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Rusiya qoşunları Krasnıy Liman istiqamətində Karpovka, Sredneye, Şandriqolovo və Derilovo kəndləri yaxınlığında Ukraynanın "Azov" qruplaşması döyüşçülərinin zərbə qüvvəsini məhv ediblər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Donetsk "rəhbəri"nin "müşaviri" İqor Kimakovski məlumat verib.
Məlumata görə, yaşayış məntəqəsi yaxınlığındakı meşələrdə 8 ədəd xarici zirehli texnika və 50 döyüşçü məhv edilib.
"Azov"un Krasnıy Liman istiqamətində hücuma hazırlaşdığı iddia edilir. Karpovka, Sredneye, Şandriqolovo və Derilovo yaxınlığındakı meşələrdə qruplaşmanın böyük döyüşçülər qrupunu və səkkiz ədəd zirehli texnikanı cəmlədiyi bildirilir.
Kimakovskinin sözlərinə görə, məhv edilən texnikalar arasında iki "MaxxPro" və iki "M113" zirehli transportyoru, bir "HMMWV" və bir pikap nəqliyyat vasitələri olub.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 29 Avqust 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















