Rusiya şəhərin əhalisindən iki dəfə çox ordu toplayıb
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda Pokrovsk istiqamətində toplanan rusların sayı müharibədən əvvəl şəhərdə yaşayanların sayından iki dəfə çoxdur.
Axar.az xəbər verir ki, bunu Ukraynanın “Xortitsa” əməliyyat-strateji qruplaşmasının mayoru Viktor Trequbov deyib.
“Əgər müharibədən əvvəl Pokrovsk istiqamətində 110 min rus hərbçisi fəaliyyət göstərirdisə – mən sadəcə bu miqyasın düzgün təsvirini tapa bilmirəm. Pokrovskda müharibəyə qədər əhali 60 min nəfər idi. Yəni rus ordusu faktiki olaraq iki dəfə çoxdur. Elə təəssürat yaranır ki, onlar orta statistik Avropa ölkəsini ələ keçirmək üçün bir ordu yığıblar”, – deyə o bildirib.
Trequbovun sözlərinə görə, rus ordusunun təzyiqi Liman istiqamətində də güclənib və döyüşlərin intensivliyi üç dəfə artıb.


