Rusiya dağılır: Yüzdən çox şəhərin məhv olacağı bildirildi Qarşısını ala bilmirlər
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada ümumi əhalisi 3,4 milyon olan 129 kiçik şəhər yox olmaq təhlükəsi ilə üzləşib.
Turkustan.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının (RANEPA) ekspertləri apardıqları araşdırmadan sonra belə bir nəticə çıxarıblar.
Alimlərin hesablamalarına görə, son 10 ildə sözügedən şəhərlərin əhalisi 314 min nəfər azalıb. Sakinlərin sayının azalması ilə yanaşı, yaşayış məntəqələrinin yoxa çıxması məşğulluğun azalması, kiçik və orta sahibkarlıq subyektlərinin sayının azalması ilə müşayiət olunur.
Bildirilir ki, əhali sayının daha çox azalması ölkənin şimalındakı kömür, metallurgiya və ağac sənayesi şəhərlərində olub. Prezident Akademiyasının inkişaf iqtisadiyyatı tədqiqat laboratoriyasının rəhbəri Stepan Zemtsovun sözlərinə görə, yaşayış məntəqələri bir neçə nəsil ərzində kiçiləcək, lakin bu prosesi geri qaytarmaq olmayacaq.
“Yeni iqtisadi stimullar yaranarsa – məsələn, logistika axınlarının yenidən bölüşdürülməsi, sənaye və ya aqrar-sənaye klasterlərinin yaradılması, turizm sektorunda investisiya layihələri və ya yerli istehsalın dirçəldilməsi ilə şəhərlər öz itirilmiş funksiyalarını bərpa edə bilər”, - deyə Zemtsov bildirib. /publika.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 05 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















