Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Yaşar Nurinin qızı dünyasını dəyişib

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Dünyanın ən nəhəng abidələri

Rusiya səs yazısında bunu açıq bildirirsə... Müharibə cinayəti sayılır

Rusiya səs yazısında bunu açıq bildirirsə... Müharibə cinayəti sayılır

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Əgər Rusiya Müdafiə Nazirliyinin “Azərbaycan Hava Yolları”na məxsus mülki sərnişin təyyarəsini qəsdən vurduğu barədə yayılan məlumatlar təsdiqlənərsə, bu hadisə beynəlxalq hüququn çoxsaylı fundamental normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilə bilər. Dövlətlər arasında sülh dövründə mülki hava gəmisinin bilərəkdən vurulması ciddi beynəlxalq hüquq pozuntusudur".

Bunu Redaktor.az-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Əlövsət Allahverdiyev ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyi iddia olunan səs yazısı barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, mülki hava nəqliyyatı vasitələrinin toxunulmazlığı beynəlxalq hüququn həm müqaviləvi, həm də adət hüququ normaları ilə təsbit edilib.

"“Mülki Aviasiya haqqında” 1944-cü il tarixli Çikaqo Konvensiyasının 3-bis maddəsi açıq şəkildə bildirir ki, dövlətlər heç bir halda mülki hava gəmisinə qarşı güc tətbiq etməməlidirlər. Bu norma, hava məkanının suverenliyini tanımaqla bərabər, mülki həyatın toxunulmazlığını təmin etməyə xidmət edir. Əgər bir dövlət bilərəkdən başqa bir dövlətin mülki təyyarəsini hədəfə alırsa, bu təkcə aviasiya hüququnun deyil, ümumilikdə beynəlxalq hüququn pozulması anlamına gəlir. Maddə 3-bis-ə görə (1984-cü il əlavə protokol) mülki hava gəmisi heç bir halda silahla hədəfə alına bilməz. Əgər dövlət həmin gəminin hava məkanını pozduğunu iddia etsə belə onun vurulmasının qanuni əsası ola bilməz. Təyyarənin yerə endirilməsi üçün təhlükəsiz vasitələrdən istifadə edilməlidir. Azərbaycan təyyarəsində də bu halların heç biri olmayıb.

Bu maddənin pozulması, sülh dövründə beynəlxalq aviasiya təhlükəsizliyinə və mülki şəxslər qarşı hücum kimi qiymətləndirilməlidir".

Hüquqşünas qeyd etdi ki, burada yalnız müqaviləvi hüququn deyil, həm də dövlətlərin beynəlxalq məsuliyyətinə dair normaların tətbiqi qaçılmaz olur.

"BMT-nin Beynəlxalq Hüquq Komissiyası tərəfindən hazırlanmış “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında” sənədə əsasən, bir dövlətin qanunsuz və zərərverici hərəkəti nəticəsində başqa bir dövlətin hüquqları pozulursa, zərər vuran dövlət məsuliyyət daşıyır və prinsip etibarilə onun əməli hüquqi təzminat, kompensasiya və digər hüquqi nəticələrə səbəb olur. Əgər vurulan təyyarədə mülki şəxslər həlak olursa, bu halda insan həyatı üçün məsuliyyət məsələsi meydana çıxır və artıq məsələ yalnız dövlətlərarası deyil, həm də insan hüquqlarına dair beynəlxalq mexanizmlərin predmetinə çevrilir.

Silahlı münaqişə vəziyyəti olmasa da, beynəlxalq humanitar hüquqdan doğan bir sıra prinsiplər mülki hədəflərin qorunmasını universal qayda kimi nəzərdə tutur. Hətta müharibə şəraitində belə, mülki hədəflərin bilərəkdən vurulması müharibə cinayəti sayılır. Bu hadisədə isə Azərbaycan və Rusiya arasında açıq silahlı münaqişə mövcud deyil. Deməli, əgər hərbi münaqişə yoxdursa, bu zaman hadisə müharibə cinayəti kimi deyil, dövlətin qəsdən və qeyri-qanuni şəkildə mülki həyat obyektini məhv etməsi kimi qiymətləndirilir. Bu isə beynəlxalq cinayət hüququ baxımından dövlətin törətdiyi sui-istifadə kimi insanlığa qarşı cinayət və ya insanlıq əleyhinə cinayət kontekstində terror kimi kimi şərh edilə bilər, yaxud əksinə.

Bu kontekstdə analoji dünya təcrübələri də məsələnin beynəlxalq hüquq normaları ilə necə tənzimləndiyini göstərir. 1983-cü ildə SSRİ tərəfindən Cənubi Koreyaya məxsus KAL 007 reysi vurulduqda beynəlxalq səviyyədə ciddi qınaq baş verdi və məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə olundu. 2014-cü ildə MH17 təyyarəsinin Ukrayna üzərində separatçılar tərəfindən, lakin faktiki olaraq Rusiya tərəfindən təmin olunan silahlarla vurulması faktı (298 nəfər ölümü ilə nəticələndi) isə daha dərindən istintaq olundu. Niderland və beynəlxalq istintaq qrupu Rusiyanı təqsirləndirdi, lakin Rusiya inkar etdi. Avropa İnsan Hüquqları Məhkəməsində və digər instansiyalarda hüquqi proseslər gedir. 2022-ci ildə Niderland məhkəməsi 3 şəxsi qiyabi olaraq mühakimə etdi. Cənubi Koreyaya məxsus sərnişin təyyarəsi 1983-cü ildə SSRİ tərəfindən vuruldu, 269 nəfər öldü. SSRİ əvvəl inkar etdi, sonra casusluq ehtimalı ilə izah etməyə çalışdı. Məhz bu hadisə beynəlxalq mülki aviasiya normalarının sərtləşdirilməsinə təkan verdi. 1984-cü ildə Çikaqo Konvensiyasına 3-bis Maddəsi əlavə olundu", - deyə Ə.Allahverdiyev xatırlatdı.

Müsahibimiz qeyd etdi ki, bu əməllərə bütün hallarda yalnız, insan tələfatı baxılmamalı, həm də beynəlxalq hüququn nüfuzuna qarşı yönəlmiş bir addım kimi dəyərləndirilməlidir.

"Bu presedentlərə əsasən, Rusiya tərəfindən Azərbaycan təyyarəsinin bilərəkdən vurulması yalnız hüquqi məsuliyyət doğurmur, həm də regionda sabitliyə və hava nəqliyyatı təhlükəsizliyinə ciddi təhlükə törədir. Hadisənin texniki və faktoloji tərəfləri araşdırılmaqla yanaşı, beynəlxalq təşkilatlar, o cümlədən BMT, ICAO və ATƏT səviyyəsində məsələ qaldırılmalı, sübutlar təqdim olunmalı və məsuliyyətin müəyyənləşdirilməsi üçün hüquqi prosedurlar işə salınmalıdır. Əks halda bu cür davranışların beynəlxalq ictimaiyyət tərəfindən cəzasız qalması, mülki təyyarələrin hərbi hədəfə çevrilməsi presedentini möhkəmləndirəcək və beynəlxalq hüququn mahiyyətinə kölgə salacaq. Buna görə də, hadisə sübut olunduğu təqdirdə Azərbaycan dövləti hüquqi prosedurlarla Rusiya Federasiyasının məsuliyyətə cəlb olunması üçün həm dövlətlərarası mexanizmlərdən (BMT, Beynəlxalq Ədalət Məhkəməsi), həm də mümkün olduqda beynəlxalq fərdi cinayət məsuliyyəti mexanizmlərindən (Roma Statutu çərçivəsində, əgər yurisdiksiya mümkündürsə) istifadə etməlidir. Çünki bu hadisə təkcə bir dövlətin deyil, bütün beynəlxalq birliyin təhlükəsizliyinin pozulması deməkdir. Xüsusilə dövlət səs yazısında bunu açıq bildirirsə və təsadüf hesab etmirsə, beynəlxalq birlik buna susmamalıdr. Əks halda bu, gələcəkdə çox ağır, qanunazidd əməllər üçün presedent rolunu oynayacaq", - deyə hüquqşünas vurğuladı.

Turan İSMAYIL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyul 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17652

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1063

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see242

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see192

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see137

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see135

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see130

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see126

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see125

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri