Icma.az
close
up
RU
Rusiya silahları Xəzərdəki suitilərin də axırına çıxdı EKOLOQ

Rusiya silahları Xəzərdəki suitilərin də axırına çıxdı EKOLOQ

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəsədlərindən götürülən nümunələr analiz edildikdən, araşdırıldıqdan sonra ölümün əsl səbəbi bəlli olacaq


Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyevin verdiyi məlumata görə, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri cəsədlərdən nümunələr götürüb

: "Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək". Qeyd edək ki, ötən ilin sonunda Qazaxıstanın Mangistau vilayətində Xəzər dənizinin sahilində xeyli sayda ölü suiti qeydə alınmışdı. Son bir həftədə sahilboyu monitorinqlər zamanı 289 baş heyvanın öldüyü aşkar edilmişdi. 


Ekoloq Telman Zeynalov qeyd edib ki, suitilərin ölümünün səbəbləri müxtəlif ola bilər. O, “Sherg.az”a açıqlamasında qeyd edib ki, Xəzərdə suitilərin sayı sürətlə azalmaqdadır. Bildirilir ki, Xəzər dənizindəki ekoloji şərait suitilər üçün qənaətbəxş deyil. Xəzər suitisi endemik yırtıcı məməlidir. Onlar ancaq kilkə balıqları ilə qidalanırlar, bu balıqların sayı isə əvvəlki illərlə müqayisədə azalıb:

 “Təbii ki, Rusiyanın Ukraynaya Xəzərdən atdığı raketlərin dənizin canlı aləminə, fauna və florasına mənfi təsirləri var. Silahların tərkibində kimyəvi maddələr mövcuddur. O da ola bilər ki, Rusiya həmin ərazilərdə silah istehsal edir, avadanlıqların da zəhərli suyu Xəzər dənizinə axıdılır. Bu isə suitilərin və balıqların ölümünə səbəb olur. Güman edirəm ki, suiti cəsədlərindən götürülən nümunələr analiz edildikdən, araşdırıldıqdan sonra  ölümün səbəbi bəlli olacaq.  Lakin ilkin səbəblərdən biri çirkab sularıdır. Heyvanlar suya atılan plastik, çirkli maddələrin təsirindən ölürlər. Eyni zamanda yataqlarda seysmik kəşfiyyat işləri aparılan zaman dərin qatlarda partlayışlar olur. Onun radiusu partlayıcı maddənin təsirindən asılı olaraq 3-5 kilometrə çatdıqda, bütün canlılar məhv olur. Bir ehtimal isə dəniz canlılarında tez-tez rastlanan infeksion xəstəliklər ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2025 03:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri