Yaponiya şirkəti ABŞ da Trampa qarşı iddia qaldırdı Tariflə bağlı
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Yaponiyada yerləşən doqquz şirkətin ABŞ-dakı törəmə şirkətləri Donald Tramp və onun Administrasiyasını məhkəməyə verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar iddia qaldıraraq bu il ödədikləri əlavə tariflərin tam geri qaytarılmasını tələb ediblər.
Yaponiyanın "Kyodo" xəbər agentliyinin məlumatına görə, Nyu-Yorkdakı ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə təqdim edilən iddialarda şirkətlər ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən Konqresin təsdiqi olmadan tətbiq edilən tariflərin qanunsuz olduğunu xüsusi vurğulayıblar: ""Toyota Tsusho" və "Sumitomo Chemical" kimi Yaponiya şirkətləri, eləcə də "Ricoh", "Yokohama Rubber" və "Ushio"-nun ABŞ-dakı törəmə şirkətləri bu səbəbdən məhkəmədən onlardan əlavə tutulan vəsaitlərin geri ödənilməsini, həmçinin, qanunsuz tarifləri ləğv olunmasını tələb edirlər".
Məlumatda bəzi şirklətlərin tətbqi olunan qanunsuz tariflər üzündən məhsulların bahalaşması və buna gərə alıcılıq qabiliyyətinin aşağı düşməsinə görə təzminat tələbləri də var.
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 03 Dekabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















