Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Rusiya TDT yə üzv ola bilər? Türkiyə şərti açıqladı

Rusiya TDT yə üzv ola bilər? Türkiyə şərti açıqladı

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Moskvanın da Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması ilə bağlı təklifə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə K.Zorlu “Anadolu” agentliyinə müsahibəsində danışıb. 

O, təşkilatın 2021-ci ildə qəbul edilən nizamnaməsinə diqqət çəkərək üzvlük üçün əsas şərtlərdən birinin türk dillərindən və ya qohum dillərdən birinin yalnız ölkənin müəyyən bir bölgəsində deyil, bütün ölkə səviyyəsində dövlət dili və ya rəsmi yazışma dili olaraq qəbul edilməli olduğunu bildirib. Zorlu bu şərti qarşılayan dövlətlərin TDT-yə müşahidəçi üzv kimi müraciət edə biləcəyini deyib. 

Bununla belə, AKP-nin sədr müavini bu şərti qarşılamayan üçüncü ölkələrlə münasibətlərin tamamilə istisna edilmədiyini vurğulayıb. O, ötən il qəbul edilən “TDT Plus” əməkdaşlıq modeli sayəsində üzv dövlətlərin ortaq razılığı ilə üçüncü ölkələrlə xarici işlər nazirləri və ya dövlət başçıları səviyyəsində görüşlər təşkil oluna biləcəyini və qarşılıqlı maraqlar istiqamətində əməkdaşlığın inkişaf etdirilə biləcəyini diqqətə çatdırıb. 

Rusiyaya gəlincə, Zorlu 2015-ci ildən etibarən bu ölkənin türkdilli subyektlərinin TÜRKSOY ilə mədəni əlaqələrinin dondurulduğuna diqqət çəkib:

“Bizim TDT-nin bayrağı altında fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Akademiyası kimi beynəlxalq qurumlarımız mövcuddur. Xüsusilə 1993-cü ildə qurulan TÜRKSOY, mədəniyyət sahəsində ən geniş və ən dinamik əməkdaşlıq etdiyimiz qurumumuzdur. Rusiya Federasiyası tərkibindəki Altay, Tuva, Çuvaş, Başqırdıstan, Yakutiya və Tatarıstan respublikaları bu qurumun müşahidəçi üzvləridir. Lakin 2015-ci ildə Rusiya tərəfinin qəbul etdiyi qərara əsasən, sözügedən respublikaların TÜRKSOY ilə əməkdaşlıqları faktiki olaraq dondurulub. O gündən bu yana qarşılıqlı olaraq heç bir toplantı və ya fəaliyyət həyata keçirilə bilməyib. Təklif edirəm ki, TÜRKSOY-dakı bu donmuş vəziyyəti yenidən dəyərləndirək və hər iki tərəfin ən güclü ortaq cəhətlərindən olan mədəni əməkdaşlığa yenidən həyat verək”. 

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın sonu TDT-nin Ankarada keçirilən sammitində Rusiyanın təşkilata üzv və ya müşahidəçi qismində qatılmasını təklif edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Rusiya ərazisində xalqları tarixən türk olan bir sıra regionların olduğunu bildirərək ölkənin TDT-yə qoşulmasının anlaşılan və məqsədəuyğun ola biləcəyini qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri