Icma.az
close
up
RU
Rusiya təbliğatının dəyişməyən mahiyyəti Video

Rusiya təbliğatının dəyişməyən mahiyyəti Video

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“AnewZ” beynəlxalq xəbər və analitika kanalı “Tovarisch Director. Made in Russia, Believed Nowhere” adlı xüsusi layihə təqdim edib.  

“Qafqazinfo” xəbər verir ki, “Tovarisch Director. Made in Russia, Believed Nowhere” adlı sənədli filmində  Rusiya təbliğat sistemi yalnız siyasi kontekstdə deyil, mədəniyyət, kino, ədəbiyyat və dil vasitəsilə necə sistematik bir ideoloji maşına çevrildiyini faktoloji və xronoloji ardıcıllıqla əks olunur. 

Film, 3-cü Reyxin təbliğat naziri Yozef Göbbelsin metodlarından başlayaraq çağdaş Rusiya mədəniyyət siyasətinə qədər uzanan dərin bir araşdırma təqdim edir.

Tarixdən bu günə – təbliğatın dəyişməyən mahiyyəti

Reportajın girişində alman nasist rejiminin ideoloqlarından biri olan Göbbelsin məşhur çağırışı eşidilir: “Rise up and let the storm break loose!” (Qalxın və qoy fırtına qopsun!) - bu üsul düşmən yaratmaq, tarixi yenidən yazmaq, tənqidçiləri “satqın” adlandırmaq, vətənpərvərlik pərdəsi altında yalanları gizlətmək metodlarının rıçaqı idi.

Nikita Mixalkov: sənətdən-ideologiyaya

Layihənin əsas simalarından biri, rus rejissoru və aktyoru Nikita Mixalkovdur. Ukraynalı jurnalist Dmitro Gordon onu belə təsvir edir: fikrimcə, böyük rejissor və aktyorluğa iddia edə bilər, amma sözün həqiqi mənasında yaramazdır. (“Выдающийся, на мой взгляд, режиссёр. Замечательный актёр. С другой стороны, мерзавец.”) Bu ambivalent münasibət Mixalkovun ikili simasını açır – bir tərəfdən sənətçi, digər tərəfdən Kremlin təbliğatçısı kimi.

Mixalkovun “Besogon” adlı verilişi vasitəsilə yaydığı tezislər, rusofobiyanın təkrarlanması, qonşu ölkələrin “xəyanətkar” adlandırılması, Ukrayna dilinin “təhlükəli ideologiya” kimi təqdim olunması kimi elementlərlə doludur.

Bu, artıq sənət deyil, ideoloji silahdır.

Onun ailə tarixi də xüsusi diqqətə layiqdir. Atası Sergey Mixalkov sovet dövründə üç fərqli lider üçün dövlət himninin sözlərini dəyişib yazan şəxsdir. Digər ailə üzvləri müxtəlif siyasi sistemlərə tez uyğunlaşmaqla, şəxsi maraqları ön planda tutmuşlar. Bu nəsil tarix boyu hakimiyyətlə kompromis yolu ilə güc əldə etməyi bacarıb.

Sənədli layihədə təqdim olunan sitatlar bir daha sübut edir ki, təbliğatın texnologiyası dəyişsə də, metodologiyası dəyişməyib:

• Düşmən yaratmaq

• Tarixi yenidən yazmaq

• Öz zorakılığını “müdafiə” kimi təqdim etmək

• Tənqidçiləri “xarici agent” adlandırmaq

• Öz cinayətlərini başqalarının üzərinə atmaq

• Yalanı vətənpərvərliklə ört-basdır etmək

Bu üsullar, SSRİ-nin informasiya müharibəsindən tutmuş, bu gün Rusiya dövlət televiziyasında aparılan debatlara qədər eyni qaydada davam edir. Film həmçinin Krımın 1954-cü ildə Rusiyadan Ukraynaya verilməsinin rəsmi dərsliklərdə necə təqdim edildiyini, “Buça qətliamı” ilə bağlı dezinformasiyaların yayılmasını və qonşu ölkələrin, o cümlədən Azərbaycanın necə hədəf seçildiyini göstərir.

Mədəniyyətin silaha çevrildiyi zaman
 

Təhlilin ən mühüm tərəflərindən biri dilin və mədəniyyətin dövlət ideologiyasının əsas dayağına çevrilməsidir. Viktor Klempererin “Lingua Tertii Imperii” nəzəriyyəsi əsasında aparılan paralellər, təbliğatın semantik manipulyasiyasını sübut edir. Necə ki, Nasist Almaniyasında “fanatizm” müsbət mənaya büründü, bu gün də “müharibə” “xüsusi hərbi əməliyyat” kimi təqdim olunur, “tənqidçi” isə “xarici agent” kimi damğalanır.

Nəticə – təbliğat niyə təhlükəlidir?

“Tovarisch Director” layihəsi yalnız keçmişə işıq salmır, həm də gələcəyə xəbərdarlıq edir. Layihənin əsas mesajı budur: təbliğat təkcə yalan yaymır, o həm də zorakılığı əsaslandırır, cəmiyyətləri qütbləşdirir və insanlığı dehumanizasiya edir. Tarixdə baş verən dəhşətlər məhz bu proseslərin nəticəsi olub.

Sonda Rusiya Prezidenti Vladimir Putinin Mixalkovla videozəngdəki sözləri eşidilir: Sizin şərəfinizə, Nikita Sergeyeviç! Təbrik edirəm! (“Ваше здоровье, Никита Сергеевич… Поздравляю вас.”)

Bu layihə “AnewZ” kanalının beynəlxalq auditoriyaya yönəlik analitik və sənədli yanaşmasının növbəti sübutudur.

Təkcə informasiyanı deyil, həm də onun arxasındakı mexanizmi anlamağa çalışan hər kəs üçün bu film vacib bir çağırışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Avqust 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri