Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Rusiya təbliğatının ənənəvi aqressiyası Azərbaycanın haqlı tələblərinə şantajla cavab ŞƏRH

Rusiya təbliğatının ənənəvi aqressiyası Azərbaycanın haqlı tələblərinə şantajla cavab ŞƏRH

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə, “Rus evi"nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlarına özünəməxsus şəkildə cavab verməyə başlayıb.

Hər hansı bir keçmiş sovet respublikasına qarşı siyasət yürüdərkən Rusiya tərəfi ənənəvi olaraq onun diasporuna təzyiqlərin olacağı ilə təhdid edir. Bu dəfə də eyni oldu. Şimal qonşumuz özünün ağır artilleriyasını işə salmaq qərarına gəlib. Məsələyə bu ölkənin hakim “Yedinaya Rossiya” partiyası cəlb edilib. Bu partiyanın Dövlət Dumasında təmsil olunan nümayəndələri də illərdir sınaqdan çıxmış “tədbirlərin” görülməsini təklif ediblər. Belə ki, deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib. Bundan ürəyi soyumayan "Velikorus şovinizmi"nin parlaq nümayəndəsi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və irqçi təxəyyülünün məhsulu olan və rus dilində jarqon istifadə olunan “şobla-vobla” adlandırıb.

100-ə yaxın xalqın dövləti kimi özünü təqdim edən Rusiya Federasiyasında deputat digər millətlərin nümayəndələrinin ünvanına jarqon sözlərlə təhqirlə yağdırırsa, bu, həmin ölkədə yaşayan və ya ora hər hansı bir məsələdən ötrü səfər etmək istəyən digərlərinə də ciddi siqnaldır.

Məlum məsələdir ki, Azərbaycana qarşı addımlarla bağlı təkliflə paketi ömrünü boksa həsr edən, karyerası ərzində başından zərbələr alan bir şəxsin beyninin məhsulu deyil. Bunun kökünü Kremldən gələn göstərişlərdə axtarmaq lazımdır.

Nikolay Valuyev

Buna sübut kimi həmin partiyanın Dumada digər nümayəndəsi Yevgeni Popovun səsləndirdiyi təkliflərdir. O təklif edib ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada iki şirkətinin də fəaliyyətinə baxmaq lazımdır.

Ukraynanın Donetsk vilayətində separatçılıq işlərində qazandığı uğurlara görə, Rusiyanın Dövlət Dumasının deputatı mandatını hədiyyə alan Andrey Pinçuk adlı birisi isə özünün terrorçu mahiyyətini ortalığa qoyaraq “Crocus” şirkətinin və “Sadovod” ticarət kompleksinin az qala müsadirə edilməsi təklifini irəli sürüb. Gələcəkdə erməni separatçısı Arayik Arutunyanın taleyini yaşaya biləcək A.Pinçuk nəzərə almayıb ki, “Sadovod” prezident Vladimir Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsusdur.

Belə bir təklifi iki faktorla izah etmək olar. Ola bilər ki, Pinçukun başı Donetskdə separatçılığa elə qarışıb ki, vacib məsələlərdən məlumatsızdır. Və ya Rusiyada mərkəzdənqaçma meyilləri elə güclənib ki, hətta hakimiyyətyönlü təbliğatçılar özlərində ölkə rəhbərinə meydan oxumaq cürəti tapıblar.

Bu ara rusiyalı təbliğatçılar hədlərini o dərəcədə aşıblar ki, Azərbaycanın mülki təyyarəsinin vurulmasında rəsmi Bakının özünü ittiham etməyə başlayıblar.

İttihamlara qalsa Azərbaycan Rusiyanı “top atəşinə” tutar. Azərbaycan ərazinin Ermənistan tərəfindən işğalı zamanı Rusiyanın birmənalı dəstəyindən tutmuş, ötən əsrin 90-cı illərində bir milyard dollarlıq silahın Ermənistana verilməsinə qədər. Məsələni ictimailəşdirən general Lev Roxlinin öldürülməsini də bu sıraya qatmaq olar. Ermənistan da uzun illər hakimiyyətdə olmuş Koçaryan və Sarqsyan rejimləri də məhz Kremlin birbaşa dəstəyi sayəsində iqtidarı əldə saxlayırdılar.

İkinci Qarabağ Müharibəsi zamanı da Rusiya 90-cı illərdəki addımlarını təkrarladı. Erməni tərəfi Rusiya tərəfindən silahlandırıldı, Azərbaycana qarşı istifadə edilmək üçün onlara "İsgəndər", "Pansır", "Pole 3M" və digər sistemlər verildi.

44 gün ərzində Azərbaycan mətbuatı bununla bağlı dəfələrlə yazılar dərc etdi, məsələyə dövlət başçısı səviyyəsində münasibət bildirildi.

Silah yardımından əlavə Rusiya Ermənistana informasiya sahəsində də lazımi yardımı göstərdi. Bu ölkənin əsas telekanallarının efirindən solovyovlar, skobeyevalar və digərləri Azərbaycana qarşı saysız-hesabsız tənqid, təhqir, hədələr yağdırdılar.

Rusiyanın təbliğatçıları hətta Azərbaycanın işğalda altında olan torpaqlarının azad edilməsini də onun xoş niyyəti kimi qələmə verirlər. Yəqin bu “xoş niyyətin” nəticəsi kimi Rusiya hər vəchlə torpaqların tam azad edilməsinə mane olmağa çalışırdı. Vəziyyəti nəzarətdən qaçırmamaq üçün Moskvanın son ümidi bölgəyə yeridilən sülhməramlılarla bağlı idi. Kremldə elə bilirdilər ki, Qarabağı da Ukraynanın ərazisində qeyri-qanuni yaradılmış LNR və DNR kimi istifadə etmək olar.

Bu fonda rusiyalı milyarder Ruben Vardanyanın Qarabağda qəfil peyda olmasını da yalnız sadəlövh insanlar təsadüf saya bilər. Rusiyada Vardanyan tipli oliqarxların birbaşa olaraq xüsusi xidmət orqanlarının kurasiyası altında fəaliyyət göstərdiyini nəzərə alsaq onun da Kremlin "Qarabağ layihəsi" kimi qəbul edilməsi təbiidir. Bundan başqa həmin zaman Qarabağda Rusiya diasporu da peyda oldu. Hətta ona sədr də tapıldı. Lakin Azərbaycan jurnalistlərinin qısa araşdırmasından sonra məlum oldu ki, həmin sədr də son təyinatına qədər Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı olub.

Miqrantlarla bağlı şantajlara gəldikdə, Rusiya da bu kateqoriyadan olan insanlarla necə davranılması hamıya məlumdur. Artıq insanları şantaj edib, hədə-qorxu gəlib müharibəyə aparır və qırğına verirlər.

Azərbaycana qarşı təbliğatçıların istifadə etmək istədikləri iqtisadi faktorlara gəldikdə isə qeyd etmək lazımdır ki, 2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,8 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin cəmi 10 %-ni təşkil edir. İki ölkə arasındakı ticarət dövriyyəsinin 75 %-ni isə Rusiyanın Azərbaycana ixracı təşkil edir. Kimə daha böyük ziyan dəyəcəyi də bu rəqəmlə izah olunur.

Azərbaycan heç kimdən asılı deyil, hamı ilə əməkdaşlığa hazırdır, amma bu cür davranışı da qəbul etmir. Heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rəhbərliyinə, xalqına qarşı təhqiramiz davranış olmayıb. Amma bu gün Kremlə yaxın propaqandistlərin ritorikası Rusiyanın hakimiyyət dairələrində nələrin baş verdiyi məsələsi ətrafında bir daha düşünməyə ciddi əsas yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://report.az
archiveBu xəbər 07 Fevral 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri