Icma.az
close
up
RU
Politoloq: “Rusiya mediası Kremlin yalançı təbliğatının ruporuna çevrilib”

Politoloq: “Rusiya mediası Kremlin yalançı təbliğatının ruporuna çevrilib”

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. Buna görə də iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat zamanı saxlanılanlar “Sputnik”in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousovdur. 
Politoloq Vüqar Əhmədov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanın hüquq mühafizə orqanları istənilən hüquqa zidd əməllərlə sərt mübarizə aparır:
“O cümlədən "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında aparılan araşdırma ciddi şübhələr əsasında həyata keçirilir, çünki bundan əvvəl "Rus Ev"i ilə bağlı da müvafiq araşdırma aparıldı və onun fəaliyyəti dayandırıldı. 
Digər tərəfdən hazırda Rusiyada nə qədər media subyektləri varsa, buna müvafiq olaraq Azərbaycanda da eyni sayda Rusiyanı təmsil edən media təmsilçiləri olmalıdır. 
Xüsusən, son dövrlər Rusiyanın media sahəsində Azərbaycana qarşı qərəzli və əsassız hücumların, təbliğatın şahidi oluruq. Belə bir vəziyyətdə əlbəttə ki, Azərbaycan Rusiyadan gələn istənilən təhlükə və təhdidi dəf etmək, ölkə daxilində milli təhlükəsizliyi təmin etmək üçün müvafiq addımlar atmalıdır”. 
Politoloq diqqətə çatdırıb ki, əgər Rusiya mediası ölkəmizə qarşı qərəzli hücumlar təşkil edirsə onun ölkəmizdəki mətbuat orqanında araşdırmaların aparılması ehtiyac var və bu kifayət qədər adekvat addımdır:
“Təəssüf ki, bu gün Rusiya Azərbaycanla münasibətləri çox gərginləşdirib. Hazırda iki ölkə arasında dostluq münasibətlərindən söhbət gedə bilməz, Rusiyada yaşayan soydaşlarımıza hücumlar təşkil olunur, belə bir vəziyyətdə sözügedən ölkənin media subyektlərinin ölkəmizdə qanunsuz fəaliyyətinə və mümkün ola biləcək təxribatlara susqun qala bilmərik. 
Bu gün Rusiya mediası Kremlin yalançı təbliğatının ruporuna çevrilib və hələ bilmək olmaz ki, indiki durumda onların fəaliyyətinin qarşısı alınmasa ölkəmizdə hansı pozucu işlər həyata keçirərlər. Bir sözlə, Rusiya bizə necə münasibət göstərəcəksə, eyni adekvat münasibəti bizim ictimaiyyət, media icması, hüquq mühafizə orqanları onlara qarşı göstərəcəkdir. 
Azərbaycan hər zaman istənilən ölkə, o cümlədən Rusiya ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olubdur. Bunu hər zaman Prezident İlham Əliyev öz çıxışlarında vurğulayır. Təəssüf ki, biz son aylar Rusiyadan əks addımların şahidi oluruq və əlbəttə ki, Azərbaycan tərəfi də buna uyğun olaraq tədbirlərini almaqdadır”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 İyul 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri