Icma.az
close
up
RU
Rusiya tək azərbaycanlılara yox, digər miqrantlara da belə davranır

Rusiya tək azərbaycanlılara yox, digər miqrantlara da belə davranır

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

"Xəbər verdiyimiz kimi Rusiyanın Yekaterinburq şəhərində OMON-çular tərəfindən 5 nəfər (Hüseyn Səfərov, Ziyəddin Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov və Kamal Səfərov) amansızcasına qətlə yetirilib. Azərbaycana qarşı Rusiyada bəzi dairələr, şəxslər kəskin təxribatçı fikirlərlə çıxış edirlər. Belə şəxslərdən biri də jurnalist Solovyovdur. Məsələn o verilişlərin birində erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxıb, bir neçə dəfə “Artsax” ifadəsini işlədib. İndiki hakimiyəti” Artsaxı hədiyyə etməkdə” günahlandırıb. Təbii ki, Rusiyada Solovyov kimiləri heç də az deyil. Baş verənlər bir daha göstərir ki, proseslər Moskva tərəfindən idarə olunur."

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Rusiya Parlamentlərarası işçi qrupunun üzvü Elçin Mirzəbəyli deyib.

Deputat bildirib ki, Rusiyanın Yekaterinburq şəhərində OMON-çular tərəfindən soydaşlarımıza qarşı aparılan bu hadisə təəssüf doğurur:

“Təbii ki, mən vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın doğmalarına, yaxınlarına baş sağlığı verirəm və faktı kəskin şəkildə pisləyirəm. Bunun əsasında hansı amilin dayanmasından asılı olmayaraq, mülki vətəndaşlara qarşı bu qəbildən olan davranlaşılar qanunsuzdur və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Təbii ki, Rusiyaya qarşı biz bu qəbildən olan ifadələri işlədəndə qənaətimə görə ehtiyyatla yanaşmalıyıq. Çünki hər gün OMON-çular tərəfindən saysız hesabsız bu qəbildən olan davranışlar sərgilənir. Düşünürəm ki, bu davranışlar Rusiyanın hüquq-mühafizə orqanlarında mövcud olan ultramilliyyətçi meyillərin, aqressiyanın qabarıq şəkildə özünü büruzə verməsidir”.


Deputat qeyd edib ki, indiki halda sadəcə konkret fakta münasibət bildirmək istəyir:

“Hadisələrin gedişatı ilə bağlı uzun illərdən bəri Azərbaycanla münasibətlərdə yol verilmiş yanlış siyasətin mahiyyətinə nəzər salsaq, bununla bağlı uzun-uzadı danışmaq lazım gələcək. Amma baş verən kriminal hadisənin də qənaətimə görə hüquqi müstəvidə dəyərləndirilməsinə ehtiyac var. Burada təbii ki, aqressiya açıq-aşkar nəzərə çarpır. Hər hansı şəxsin istintaqa cəlb edilməsi, onunla bağlı hər hansı cinayət işi varsa, yaxud hər hansı qanun pozuntusu varsa, bunun hüquqi müstəvidə həyata keçirilməsi labüddür. İndiki halda təkcə Azərbaycan vətəndaşlarına qarşı deyil, Rusiyada olan bütün miqrantlara qarşı faktiki olaraq eyni davranışların həyata keçirildiyinin şahidi oluruq. Rusiyanın elan etdiyi prinsiplərlə, xüsusilə də, Avrasiya inteqrasiya meyilləri ilə bağlı səsləndirdiyi ideyalarla bu qəbildən olan münasibətlər uzlaşmır. Anlaşılan deyil ki, Rusiya postsovet ölkələri ilə münasibətlərini inkişaf etdirmək niyyətindədir, onlarla əlaqələrini genişləndirmək istəyir, ancaq bu cür diskriminasiya xarakterli meyillərlə təzyiq xarakterli addımlar atır. İstənilən halda faktı kəskin şəkildə qınayıram. Cinayət faktl ciddi şəkildə araşdırılmalı, cinayərkarların cəzalandırılması istiqamətində müvafiq addımlar atılmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 İyun 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri