Rusiya təkmilləşdirilmiş Su 57 qırıcı təyyarələri alıb
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya müasir imkanlara malik "Su-57" qırıcı təyyarələri alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın ixtisaslaşmış "Militarnyi" veb saytı məlumat yayıb.
Bildirilir ki, beşinci nəsil təyyarə yenilənmiş bort sistemi və silahlarla təchiz olunub. Bu təkamül təyyarənin missiya imkanlarını genişləndirməyi, hava, quru və dəniz hədəflərini vurmağı və əlverişsiz hava şəraiti də daxil olmaqla gecə-gündüz fəaliyyət göstərməsini təmin etməyi hədəfləyir. Xüsusilə onun yeni növ sursatlardan istifadə etmək qabiliyyətinə diqqət yetirilib.
Qeyd edilir ki, Rusiyaya məxsus "Dziomqi" aviabazasında təxminən 15 ədəd "Su-57" təyyarəsinin olduğu ehtimal olunur.
Rusiya çatdırılan təyyarələrin dəqiq sayı barədə məlumat verməyib. 2010-cu illərdə hazırlanmış bu təyyarənin əvvəlki partiyası 2025-ci ilin yazında təhvil verilib.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 12 Fevral 2026 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















