Icma.az
close
up
RU
“Rusiya tərəfi hələ də imperial nöqtədən baxır” POLİTOLOQ

“Rusiya tərəfi hələ də imperial nöqtədən baxır” POLİTOLOQ

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycan-Rusiya münasibətləri regionun geosiyasi sabitliyi və strateji əməkdaşlığı baxımından mühüm əhəmiyyət daşıyır.

Son illərdə iki ölkə arasında iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlıq daha da genişlənib.

Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüş bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Gələcəkdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoqun daha da intensivləşməsi gözlənilirmi?

Düşənbədə baş tutan görüş Azərbaycan-Rusiya münasibətlərində hansı yeni istiqamətlərin əsasını qoya bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Həşim Səhrablı vurğulayır ki, Rusiya tərəfi hələ də imperial nöqtədən baxır:

“Azərbaycan və Rusiya arasındakı münasibətlər, əlbəttə ki, strateji xarakter daşıya bilər. Amma bunun üçün gərək rəsmi Moskva anti-Azərbaycan mövqeyindən və Azərbaycana imperial baxışdan imtina etsin. Çünki münasibətlərin yaxşılaşması da, pozulması da tamamilə Moskvanın siyasi xəttinə uyğun olaraq dəyişir.

Azərbaycan tərəfi təkcə Rusiya ilə münasibətlərdə deyil, özündən zəif və ya güclü, dünyanın ən böyük və ya ən zəif dövlətlərindən asılı olmayaraq, bütün dövlətlərlə xarici siyasətində qarşılıqlı əməkdaşlıq və qarşılıqlı hörmətə dayanan iş birliyi prinsipindən yanaşır.

Amma Rusiya tərəfinin Azərbaycanla münasibətlərində biz bunu görə bilmirik. Rusiya tərəfi hələ də imperial nöqtədən baxır. Təkcə Azərbaycana deyil, ümumiyyətlə, Cənubi Qafqaza və sərhədlərindəki digər postsovet ölkələrinə hələ də öz mülkü kimi baxır. Onların yanaşması bundan irəli gedə bilmir və bu da nəticə etibarilə Azərbaycan tərəfinin narazılığına səbəb olur.

Azərbaycan tərəfi haqlı olaraq öz milli maraqlarını, suverenliyini və xarici siyasət maraqlarını üstün tutaraq Rusiyanın bu bütün şovinist davranışlarına layiqli cavab verir. Bu da zaman-zaman münasibətlərdə müəyyən gərginlik yaradır və ən azından soyumağa gətirib çıxarır.

İndi əgər Azərbaycan və Rusiya arasındakı münasibətlərin gələcək potensialından danışırıqsa, bəli, potensial həmişə var. Ümumiyyətlə, ikitərəfli münasibətlərdə bütün tərəflərlə az-çox əlaqələr həmişə qazanc gətirən bir faktor kimi ortaya çıxır. Rusiya ilə də bu belədir”.

Politoloqun sözlərinə görə geosiyasi yaxınlıq, strateji nöqtədə dayanmaq, enerji və tranzit məsələlərində maraqların üst-üstə düşən bir çox nöqtələrinin olması bu münasibətlərin inkişafı üçün potensial vəd edir:

“Bu potensialı yenə də bayaq qeyd etdiyimiz kimi Moskva özü öz əlləri ilə məhv edir.

İndi sabah bu potensial əməkdaşlığa çevriləcək, yoxsa regional rəqabətə və qarşıdurmaya? Bu, Moskvadan asılıdır. Amma sadəcə bu da olmamalıdır və gözləmək lazım deyil ki, qısa zamanda Rusiya anti-Azərbaycan mövqeyindən uzaqlaşacaq və Azərbaycana bir tərəfdaş gözü ilə baxacaq.

Rusiya həmişə bütün tərəflərə, Azərbaycan da daxil olmaqla, qəsbkar yanaşma sərgiləyib. Bunu da zaman-zaman siyasətdə baş verən gərginliklərdə və proseslərin təzahüründə görmüşük. İndi Rusiya tərəfi, xüsusən də prezidentlərin Düşənbə görüşündən sonra Rusiya prezidentinin “Azərbaycan Rus birlik ölkəsidir” deməsi əslində Rusiyanın yenə də o imperial psixologiyasının təzahürü idi.

Bu, o deməkdir ki, Rusiya hələ də başa düşmür ki, Azərbaycanın ona narazılığı nədən ibarətdir və Azərbaycanın Rusiyadan gözləntisi nədir. Ona görə də indi Rusiya gərək bu münasibətləri sıfıra endirməsin. Rusiya xarici siyasətini elə formalaşdırmalıdır ki, Azərbaycan tərəfi də onun səmimiliyinə, tərəfdaş olmaq istəyinə inansın və bu şəkildə də əlaqələr inkişaf etsin.

Hazırkı məqamda isə mən Rusiyanın Azərbaycanla bağlı tutumunun dəyişəcəyini gözləmirəm. Rusiya Azərbaycanı hələ də özünün regional rəqibi kimi görür, öz regional maraqlarına təhlükə kimi sayır və gələcəkdə də bu nöqtədən çıxış etməyə davam edəcək”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Oktyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri