Icma.az
close
up
RU
Rusiya Türk dövlətlərilə münasibətlərə ciddi xələl GƏTİRİR

Rusiya Türk dövlətlərilə münasibətlərə ciddi xələl GƏTİRİR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təyyarəmizin Rusiya səmasında vurulması, ardınca müxtəlif şəhrələrdə soydaşlarımıza qarşı zorakılıq edilməsi və onlardan bəzilərinin öldürülməsi Azərbaycanla Rusiya arasında münasibətləri gərginləşdirib. Gərginlik hələ ki aradan qalxmayıb.

"Rusizm" siyasəti davam etdikcə, gərginliyi yumşaltmaq mümkün olmayacaq"

Modern.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Rusiya "rusizm" siyasətini davam etdirdikcə,  münasibətlərdəki gərginliyi birmənalı yumşaltmaq, səmimi dostluq kontekstində qurmaq mümkün olmayacaq:

“Çünki bu siyasət Rusiyanı başqalarının üstündə dominant kimi görür. Başqa dövlətlərin onun orbitində fırlanmalı olduğu məcburiyyətini hər zaman təlqin edir, bunu tələb edir. Rusiya özünün əhatə dairəsi saydığı bölgə və dövlətləri heç zaman bərabərhüquqlu münasibətlər sistemində görməyib, görməyəcək də. Heç kəs özünü aldatmasın. Bunun bariz nümunəsi 2022-ci ildə Azərbaycanla qarşılıqlı müttəfiqliklə bağlı sənədə rəğmən Azərbaycanın mülki təyyarəsinin Rusiyada vurulması reallığı açıq şəkildə ortaya qoydu. Rusiya Azərbaycanı bərabərhüquqlu səviyyədə görmür. Nə Azərbaycan dövləti və xalqından, nə də həlak olmuş insanların ailələrindən üzr istənildi, beynəlxalq normalara uyğun davranılıb kompensasiya ödənilmədi. Ortada ciddi cinayət hadisəsi var, belə olan halda cəzanın vacibliyi kontekstində hər hansı hüquqi nəticəni görmədik. Konkret cəzalanan şəxslər bəlli olsa da, heç kim cəzalandırılmır. Bu, açıq şəkildə Azərbaycana münasibəti göstərir. Bu o deməkdir ki, Rusiya sadəcə kağız üzərində bərabərhüquqlu qarşılıqlı münasibətlər sistemindən danışır, əməli fəaliyyətdə isə bunu görmürük”.

"Azərbaycanla münasibətlərin gərginliyi Rusiyanın maraqlarına uyğun gəlmir"

Politoloq vurğulayıb ki, Azərbaycan da bu gün öz sərhədlərini aşıb, həm regional, həm də qlobal səviyyədə özünü təsdiq edən, bir çox məsələlərin, münaqişələrin həllində sülh platforması kimi çıxış edən nüfuzlu dövlətə çevrilib:

“Paralel olaraq Azərbaycan beynəlxalq problemlərin həllinə töhfə verən, təşviq edən platformaya çevrilib. Bu gün Azərbaycanı regionda asanlıqla gözardı etmək mümkün deyil. Üstəlik Rusiyanın nüfuzunu ciddi şəkildə itirdiyi Cənubi Qafqazda Azərbaycanla anlaşmadan Rusiyanın Cənubi Qafqazda varlığı mümkün deyil. Proseslər də ona doğru gedir. Rusiya Azərbaycanı və digər post-sovet ölkələrini özünün vassalı, orbitində fırlanan planetlər kimi hesab etməyənə qədər bu münasibətlər tənzimlənməyəcək. İndiki vəziyyətdə Azərbaycan-Rusiya münasibətləri çox gərgin dövrdən keçir. Xüsusilə yeni münasibətlərin formalaşması kontekstində çox əhəmiyyətli proses gedir. Rusiya anlasa ki, Azərbaycan itiriləcək, münasibətlərin korlanacağı ölkə deyil, Azərbaycan böyük nüvə Rusiyası ilə münasibətləri korlamaqda maraqlı olmadığını açıq şəkildə büruzə verəcək. Problemin qaynağı Azərbaycandan deyil, Rusiyadandır. Bu səbəblər aradan qaldırılarsa, münasibətlər normallaşacaq. Ancaq münasibətlər bərabərhüquqlu, qarşılıqlı və Azərbaycan dövlətinə, onun geosiyasi milli maraqlarına hörmət olunmalıdır. Yalnız bundan sonra normal münasibətlər sistemindən danışmaq olar. İqtisadi əməkdaşlıq, mədəni, humanitar və digər yönlərdə əməkdaşlıqlar davam edəcək. Azərbaycanla yüksək tonda, yəni əmrlə danışmaq mümkün olmayacaq. Belə olan halda münasibəltər soyuq qalmaqda davam edəcək ki, bu Rusiyanın indiki böhran vəziyyətində, yəni Ukraynada batdığı bir vaxtda onun geosiyasi və regiondakı maraqlarına uyğun gəlməyəcək. Buna görə burada fikirləşəcək dövlət varsa, o da Rusiyadır. Ancaq buna rəğmən Rusiya təzyiqlərini davam etdirir. Rusiya rəhbərliyi bu günə qədər Azərbaycanın təzyiqlərə boyun əyməyəcək dövlətə və dövlət başçısına sahib olduğunu anlamayıbsa, onda bu problemləri yaxın zamanda həll etmək mümkün olmayacaq. Ona görə də bu siyasət dəyişilməli, Azərbaycana təzyiqlər yumşaldıcı tonlarla əvəzlənməli, yeni körpülər qurulmalıdır. Yalnız bundan sonra normal münasibətlərdən söhbət gedəcək”.

"Vəziyyət belə davam edərsə, Rusiyanın Türkiyə ilə də münasibətlərinə də ciddi xələl gələcək"

Politoloq vurğulayıb ki, gərginlik davam edərsə, bu yalnız Azərbaycan-Rusiya münasibətlərinə deyil, prespektivdə Rusiya-Türkiyə münasibətlərinə, bütövlükdə Rusiya-Mərkəzi Asiyadakı türk dövlətləri arasındakı münasibətlərə ciddi xələl gətirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 İyul 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri