“Bastırıkinin məktubu Azərbaycan Rusiya münasibətlərinə xələl gətirir” DEPUTAT
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
“Aleksandr Bastırıkinin özbaşına və ya fərdi mövqe ortaya qoyduğuna inanmıram. Çünki söhbət son dərəcə ciddi, geosiyasi təsirləri olan bir mövzudan gedir və belə bir məsələdə onun təkbaşına qərar verməsi mümkün deyil.
Xüsusilə nəzərə alsaq ki, artıq bir ildən çoxdur bu məsələ təkcə Rusiya və Azərbaycanın deyil, ümumilikdə bütün dünyanın həm kütləvi informasiya vasitələrində, həm də siyasi gündəmində mühüm yer tutur”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:
“Bu baxımdan, prosesdə Kremldə mövqe tutan anti-Azərbaycan qüvvələrin rolunun daha qabarıq olduğu görünür.
Bu qüvvələr Azərbaycanın maraqlarına zidd mövqedə dayanaraq, ölkəmizlə normal münasibətlər qurmaq istəməyən tərəflərlə yaxınlıq nümayiş etdirirlər. Lakin bütün hallarda yekun söz Kremldə real siyasi gücə sahib olan Rusiyanın dövlət başçısına məxsusdur. Məhz o, bu cür addımların Azərbaycan–Rusiya münasibətlərində gərginliyə səbəb olmasına, ikitərəfli əlaqələrə xələl gətirməsinə imkan verməməli idi”.
O qeyd edib ki, bu baxımdan, sözügedən məktub təəssüf doğurur:
“İstəsək də, istəməsək də, onun müəyyən nəticələri olacaq. Azərbaycan tərəfi prosesin konstruktiv məcrada inkişaf etməsində maraqlı idi. Lakin hazırkı gedişat göstərir ki, hadisələr konstruktiv istiqamətdə inkişaf etmir. Reallıq bundan ibarətdir”.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana göndərdiyi cinayət işinə xitam verilməsi məlumatını bölüşdüyü məktubun Azərbaycanda ciddi təəccüb doğurduğunu bildirmişdi.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 08 Yanvar 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















