Rusiya Ukrayna danışıqları üzrə son mərhələyə yaxınlaşırıq Hakan Fidan
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Rusiya–Ukrayna müharibəsinin dayandırılması üzrə son mərhələyə yaxınlaşırıq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Davosda yerli mediaya müsahibəsində deyib.
“Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması və bunun nəticəsi olaraq Avropa–Rusiya arasında sülhün təmin olunması mövzusunda artıq son mərhələyə yaxınlaşmış məqamlar var”, - o vurğulayıb.
Nazir qeyd edib ki, hazırda son dərəcə dinamik bir mühit mövcuddur və şərtlər daim dəyişir.
“İki gün əvvəl Qrenlandiya ilə bağlı hərbi variant gündəmdə idi. Dünən ABŞ Prezidenti Donald Trampın çıxışından sonra hərbi variantın olmayacağı və danışıqlara qayıdılacağı bildirildi. Altı ay sonra prosesin hara yönələcəyini bilmirik. Danışıqların necə inkişaf edəcəyini də bilmirik”, – Fidan bildirib.
O əlavə edib ki, oxşar vəziyyət Rusiya–Ukrayna münasibətlərində də hökm sürür və atəşkəsin əldə olunması olduqca vacibdir. Nazir vurğulayıb ki, əgər bu baş verərsə, region və dünya tamamilə fərqli istiqamət alacaq, əks halda isə nəticələr fərqli olacaq.
Hakan Fidan həmçinin xəbərdarlıq edib ki, bu proseslər düzgün qiymətləndirilməsə, qeyri-sabitliyə yol aça bilər, lakin düzgün hesablamalar aparılsa, mürəkkəb dövrdən zərər görmədən çıxmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 Yanvar 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















