Icma.az
close
up
RU
“Rusiya Ukrayna müharibəsində geosiyasi böhran dərinləşir”

“Rusiya Ukrayna müharibəsində geosiyasi böhran dərinləşir”

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya Ukraynada son bir il ərzində ciddi irəliləyiş əldə edə bilmir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Tərəflər arasında təmas xəttində əsasən mövqe döyüşləri gedir. Rusiya Donbasın tam inzibati sərhədlərinə çıxmaq məqsədinə nail ola bilməyib. Ukrayna isə cəbhə xəttində müəyyən taktiki üstünlüklər əldə edərək Rusiyanın irəliləyiş tempini zəiflədib.

Krım istiqamətində Ukraynanın artan hərbi təzyiqi Rusiyanın yarımadadakı hərbi qüvvələrinin təchizatında çətinliklər yaradır. Eyni zamanda, həm cəbhə xəttində, həm də arxa cəbhədə Rusiya ciddi itkilərlə üzləşir. Ukrayna Rusiyanın neft-qaz infrastrukturu və hərbi-sənaye obyektlərinə zərbələr endirməklə Moskvanın iqtisadi və hərbi potensialına təsir göstərməyə çalışır.

Rusiyanın Kiyevə raket hücumlarına cavab olaraq Ukraynanın Rusiya ərazisindəki enerji və neft emalı obyektlərini hədəfə alması müharibənin yeni mərhələyə keçdiyini göstərir. Bu, tərəflər arasında qarşılıqlı çəkindirmə elementlərinin gücləndiyini nümayiş etdirir”.

Siayasi şərhçi hesab edir ki, Ukraynanın müdafiə imkanlarının güclənməsində Qərb ölkələrinin hərbi, maliyyə və siyasi dəstəyi mühüm rol oynayır:

“Prezidentin Londonda Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə keçirdiyi görüşlərdə Ukraynaya dəstəyin artırılması və Rusiyaya qarşı əlavə təzyiq mexanizmləri müzakirə olunub. G7 ölkələri də Ukraynaya hərbi dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı siyasi-iqtisadi yeni sanksiyaların tətbiq edilməsinə razılaşdılar.

Rusiya ilə ABŞ arasında Ukrayna müharibəsinin nizamlanmasına dair aparılan danışıqlar ciddi nəticə vermədi. Çünki , Böyük Britaniya və Avropa İttifaqı Ukraynaya tam dəstək verməklə, iki ölkənin sövdələşməsinin qarşısını aldılar. Bununla yanaşı, gələcəkdə Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında birbaşa danışıqların keçirilməsi mümkündür. Müharibənin taleyini isə ilk növbədə cəbhədəki vəziyyət və tərəflərin siyasi iradəsi müəyyən edəcək”.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 İyun 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri