Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsini bitirmək üçün qurulan sülh masasında qarşılıqlı güzəşt lər gözlənəcək

Rusiya Ukrayna müharibəsini bitirmək üçün qurulan sülh masasında qarşılıqlı güzəşt lər gözlənəcək

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ-ın yeni dövlət katibi Marko Rubio Rusiyanı təcavüzkar adlandırıb. “Biz müharibənin bitməsini istəyirik. Bu tamamilə aydındır. Siz prezidentin sülhü təşviq edən və münaqişələrə son qoyan prezident olmaq istədiyi barədə danışdığını görmüsünüz və bu da asan olmayacaq”, - deyə Rubio qeyd edib. ABŞ-ın yeni dövlət katibi Rusiya və Ukrayna arasında müharibənin başa çatması üçün vaxt cədvəli verə bilməyəcəyini deyib, lakin jurnalistlərə bildirib ki, hər bir tərəf “nədənsə” imtina etməli olacaq.

Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rubionun açıqlamaları prosesin və müzakirələrin qarşılıqlı güzəştlərlə aparılacağına işarə edir.

Nazim Cəfərsoy

“Burada hər iki tərəfin müəyyən güzəştlər etməsinin lazım olduğu və bu konteksdə müəyyən addımlar atmasının önəm daşıdığı düşünülür. Düşünülür ki, hər iki tərəf öncə atəşkəs elan edəcək. Bu hər iki tərəfin mövqelərini stabilləşməsi baxımdan önəmlidir. Hansı güzəştlər ortaya çıxa bilər? Güzəştlərdən biri ola bilər ki, Rusiya ələ keçirdiyi müəyyən Ukrayna ərazilərini sahibinə qaytarsın. Referendum keçirilməyən və rəsmi olaraq birləşdirilməyən ərazilər geri qaytarıla bilər. Ukraynadan Rusiyanın Kursk ərazisini tərk etmək tələb edilə bilər. Ukrayna enerjinin keçməsi ilə bağlı razılaşmaları qaldıra bilər. Rusiya bu çərçivədə Ukraynanın NATO neytrallığı qarşılığında Avropa Birliyinə üzvlük prosesinə etiraz etməyəcəyini ortaya qoya bilər. Bu istiqamətdə müəyyən güzəştlər ola bilər. Ukraynaya müəyyən acı reallıqları qəbul etməsi təklif edilə bilər. ilkin mərhələdə bu müzakirələr gedir”-deyən Nazim Cəfərsoy qeyd edib ki, tərəflər hələ bununla bağlı ciddi müzakirə aparır.

Politoloq əlavə edib ki, ən önəmlisi daha uzun müddətli atəşkəsin gündəmə gəlməsi olacaq, eyni zamanda müəyyən əsir dəyişimi proseslərinin davam etməsi özünü göstərə bilər.

“Putin noyabr-dekabr aylarında iki dəfə öz çıxışında bildirmişdi ki, “Biz Ukrayna ilə İstanbul razılaşmaları çərçivəsində mövcud vəziyyət diqqətə alınaraq, müəyyən müzakirələrə gedə bilərik. Orada Ukraynanın NATO məsələsi, rusların bəzi ərazilərdən çıxması məsələsi və s. gündəmə gəlmişdi. Müəyyən qarşılıqlı güzəştlər, geri çəkilmələr, iqtisadi münasibətlərdə əngəllərin qaldırılması və s. Avropa Birliyi və ABŞ-ın müəyyən sanksiyalarının ləğvi kimi məsələlərin gündəmə gətiriləcəyini istisna etmirəm”-deyə siyasi şərhçi vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri