Rusiya Ukraynanı hansı sərhədlər daxilində tanıyır? Putin açıqladı
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Rusiya Ukrayna sərhədlərini Ukraynanın neytral dövlət olması ilə bağlı razılaşmalar əsasında tanıyıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Valday plenar iclasında çıxışı zamanı bildirib.
O, Rusiya tərəfinin Sovet İttifaqının dağılmasından sonra tərəflərin razılaşmaları çərçivəsində hər zaman Ukrayna sərhədlərini tanıdığını vurğulayıb. Putin qeyd edib ki, “Ukraynanın müstəqilliyi haqqında” bəyannamədə Ukraynanın neytral dövlət olduğu bildirilir. O əlavə edib ki, bunu Rusiya tərəfi dəstəkləyib.
Putinin sözlərinə görə, Moskva bu əsasda sərhədləri tanıyıb, lakin sonradan Ukrayna rəhbərliyi əsas qanuna dəyişiklik edib və həmçinin Şimali Atlantika Alyansına qoşulmaq istəyini bəyan edib. Putin əlavə edib ki, “biz belə razılaşmamışdıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 08 Noyabr 2024 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















