Filipe Kandido: Heç heçə istədiyimiz nəticə deyildi
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Sumqayıt" Misli Premyer Liqasının X turunun son matçında "SOCAR Polymer Arena"da "Şəfa" ilə 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Nəticə ilə barışmalıyıq. Bilirdik ki, çətin oyun olacaq. Bu gün yaxşı oynamadıq. İlk 10-15 dəqiqədə yaxşı idik. Lakin bundan sonra çoxlu top itkilərinə yol verdik. Bu isə rəqib üçün üstünlük oldu. Onlar ilk yarını öndə bitirməyə layiq idilər. İkinci hissədə bəzi şeyləri dəyişməyə çalışdıq. Düşünürəm ki, bunu bacardıq. Bərabərlik qolunu da vurduq. Bir neçə qol epizodumuz var idi. Bəzi məqamlarda bəxt yanımızda olmadı. Təbii ki, heç-heçə istədiyimiz nəticə deyildi. Amma bununla barışmalıyıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 02 Noyabr 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















