Rusiya Ukraynanın daha bir vilayətini işğal etmək istəyir
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Silahlı Qüvvələri Ukraynanın daha bir vilayətinə - Dnepropetrovska girməyə cəhd edir.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə cəbhədəki vəziyyəti izləyən Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.
Ukraynalı müşahidəçilərin fikrincə, son günlər Rusiya qoşunlarının Dnepropetrovska daxil olmaq cəhdləri intensivləşib.
Qrupun bölgədəki Ukrayna hərbçilərinə istinadla verdiyi məlumata görə, Rusiya qüvvələri hər gün hücuma keçirlər.
“Onlara həm atış məntəqələrindən, həm də hücum əməliyyatları zamanı zərbələr endirilir”, - məlumatda deyilir.
“DeepState” həmçinin Rusiya ordusunun üç yaşayış məntəqəsi ətrafında irəliləyişini qeydə alıb: Sumı vilayətində Yablunivka və Yunakivka, eləcə də Zaporojye vilayətində Malinivka yaxınlığında.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 İyun 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















