Rusiya Ukraynanın hərbi sənaye obyektlərini vurdu
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi-sənaye obyektlərinə uzaqmənzilli, yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
“Qafqazinfo” xəbər verir ki, nazirlik Rusiya ordusunun Ukraynaya qarşı hücumunun təfərrüatı ilə bağlı bəyanat yayıb.
Açıqlamada Rusiya hərbçilərinin Ukraynadakı hərbi varlıqlarına hücumlarının davam etdiyi vurğulanıb:
“Rusiya Silahlı Qüvvələri uzaqmənzilli, yüksək dəqiqlikli silahlar və PUA-lardan istifadə etməklə, gecə saatlarında Ukraynanın hərbi-sənaye obyektlərinə və hərbi hava limanının infrastrukturuna havadan və dənizdən intensiv hücumlar həyata keçirib”.
Qeyd edilib ki, hücum hədəfinə nail olunub və təyin olunmuş bütün hədəflər vurulub.
Nazirlik, həmçinin, bəyan edib ki, bir gecədə 41 Ukrayna PUA-sı Rusiyanın müxtəlif bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 Sentyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















