Rusiya Vatikana etibar etmir: Sülh danışıqları üçün yeni “neytral” ölkələr gündəmdə KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Vatikanı sülh danışıqları üçün ciddi platforma hesab etmir.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi mənbələrə istinadən yayıb.
Mənbələr qeyd edir ki, bir çox rusiyalı məmurlar sanksiyalara görə Vatikan ərazisinə səyahət edə bilmir. Belə ki, müharibənin əvvəlindən etibarən Vatikanla birbaşa aviareyslər ləğv edilib və Avropa İttifaqı tərəfindən Rusiyanın rəsmi şəxslərinə qarşı geniş sanksiyalar tətbiq olunub.
Bundan əlavə, həm Rusiya, həm də Ukrayna pravoslav ölkələridir, Vatikan isə katolik İtaliyada yerləşir — NATO ölkəsi olan və Ukraynanı dəstəkləyən, Rusiyaya qarşı sanksiyalar tətbiq edən bir dövlət.
Moskva hazırda Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Oman kimi neytral ola biləcək ölkələri mümkün danışıqlar meydançası kimi nəzərdən keçirir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 26 May 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















