Rusiya və ABŞ BMT TŞ nin iclasının çağırılması üçün müraciət edib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya və ABŞ BMT Təhlükəsizlik Şurasına Suriyadakı vəziyyətlə bağlı qapalı məsləhətləşmələrin keçirilməsi üçün sorğu göndərib.
APA xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
Qapalı məsləhətləşmənin bu gün mətbuata qapalı olaraq keçiriləcəyi və münaqişənin dayandırılması üçün həll yollarının müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Suriyada təhlükəsizlik qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədə tərəfdarları arasında martın 6-dan bəri davam edən qarşıdurmalarda 745 mülki şəxsin və 125 təhlükəsizlik qüvvəsi üzvünün həlak olduğu, 148 Əsəd tərəfdarının da zərərsizləşdirildiyi bildirilir.

Rusiya Suriya ilə bağlı BMT TŞnin təcili iclasının çağırılması üçün müraciət edib
08 Dekabr 2024 21:34
Qırğızıstan BMT TŞ nin müvəqqəti üzvü olmaq üçün müraciət edib
15 Aprel 2025 14:44
Rusiya BMT TŞ nin Ukrayna üzrə iclasını çağırmaq üçün sorğu göndərib
05 Fevral 2025 21:44
ABŞ və Rusiya BMT TŞ ının təcili yığıncağın çağırıb
10 Mart 2025 11:51

