Icma.az
close
up
RU
Rusiya və ABŞ dən əli üzülən Ermənistan: Paşinyan Azərbaycanın şərtlərini qəbul edir?

Rusiya və ABŞ dən əli üzülən Ermənistan: Paşinyan Azərbaycanın şərtlərini qəbul edir?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-nin Ermənistanla münasibətlərində müəyyən soyuqluq müşahidə olunur. Əgər Bayden administrasiyası Ermənistanı birmənalı olaraq dəstəkləyir və bunu əməlləri ilə nümayiş etdirirdisə, Tramp iqtidarında bunun tamamilə əksini görürük.

Təbii ki, mövcud vəziyyətin yaranmasının bir neçə səbəbi var. İlkin səbəb kimi, Trampın xarici siyasət doktrinasını göstərmək olar. Belə ki, Donald Trampın xarici siyasəti "Birinci Amerika" prinsipinə əsaslanır və ölkənin maliyyə resurslarının başqa ölkələrə axınına qarşıdır. Bu baxımdan, o, postsovet məkanına, xüsusən də Cənubi Qafqaza əvvəlki administrasiyalar qədər diqqət ayırmır, bu region və ölkələrin daxili işlərinə qlobalistlər-demokratlar qədər müdaxilə etmir.

Başqa bir səbəb Trampın Rusiya ilə münasibətləri ilə bağlıdır. Tramp Administrasiyası Moskva ilə daha praqmatik əlaqələr qurmağa çalışır deyə, əvvəlki hakimiyyətlərdən fərqli olaraq Rusiyanın maraq dairəsində olan region və ölkələrin daxili işlərinə qarışmamağa çalışır. Ermənistan isə həmişə Rusiyanın təsir dairəsində olduğuna görə, İrəvan Vaşinqtonun prioritetlərində ön plana çıxmır.

Digər tərəfdən, Bayden administrasiyası demokratiya və insan haqları pərdəsi altında Qafqaza hər vəchlə sirayət etməyə çalışır, bu istiqamətdə Nikol Paşinyanın Qərbyönümlü islahatlarını dəstəkləyirdisə, Tramp Baydenin siyasətinə qarşı olduğu üçün, onun bütün planlarını xətalı sayır və tamamilə əks siyasət yürüdür. Onu da nəzərə almaq lazımdır ki, Trampın erməni lobbisi ilə əlaqələri də bir o qədər yaxşı deyil. ABŞ-də erməni lobbi təşkilatları adətən demokratları dəstəkləyir. Tramp isə bu dairələrlə əvvəlki prezidentlər qədər sıx əlaqə saxlamayıb ki, bu da münasibətlərin soyuqluğuna səbəb olub. Bütün bunların fonunda Trampın Türkiyə və Azərbaycanla isti münasibətləri də proseslərə təsirsiz ötüşmür. Tramp Administrasiyası Türkiyə ilə iqtisadi və şəxsi əlaqələrini qorumağa üstünlük verir, eyni zamanda, əvvəlki hakimiyyəti dövründə Azərbaycanla münasibətlərdə də balanslı və praqmatik yanaşma sərgiləyib.

Maraqlıdır ki, Paşinyan məhz Qərbin və ABŞ-nin diqtəsi ilə Ermənistanın ənənəvi siyasi mövqeyini dəyişib, Rusiya və KTMT-yə qarşı birmənalı olmayan münasibət sərgiləyib. Hətta Paşinyan Putini axtarışa verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib ki, bu da Rusiya lideri üçün ciddi siqnal idi. İndi isə Ermənistanın həm də sığındığı ABŞ-dən əli üzülüb. Bu baxımdan, İrəvanın hazırkı vəziyyəti olduqca mürəkkəbdir və Paşinyan hökuməti faktiki olaraq geopolitik boşluqda qalmaq təhlükəsi ilə üzləşib. Nəzərə alsaq ki, ABŞ üçün əsas geosiyasi məsələlər Rusiya-Ukrayna müharibəsi, eləcə də İran və Çinlə rəqabətdir, deməli, Ermənistan Tramp dövründə Vaşinqtonun prioritet siyahısında ön planda olmayacaq.

Əbəs deyil ki, bu ölkə indi əsas etibarilə Fransaya və İrana ümid edir. Fransa Ermənistanı silahlandırır, İran isə özünün "qırmızı xətti" sayır. Lakin nəzərə alsaq ki, Tramp İranı nüvə proqramı və İsraillə düşmən münasibətə görə sıxışdırıb sıradan çıxarmağa çalışır, Fransanın əsas üzvü olduğu Avropa İttifaqını isə özbaşına buraxıb və bu, hətta parçalanmaya qədər gətirib çıxarıb, deməli, nə Paris, nə də Tehran İrəvan üçün real təhlükəsizlik çətiri yarada bilər.

Bu səbəblərdən Paşinyan hökuməti hazırda strateji dilemma ilə üzləşib: nə tam Qərbə inteqrasiya edir, nə də Rusiyaya doğru qayıda bilir. Əgər ABŞ və Qərb Ermənistana konkret hərbi və geosiyasi təminatlar verməsə, bu, İrəvanın daha da təcrid olunmasına və daxildə siyasi sabitliyin pozulmasına gətirib çıxara bilər. Bu isə Ermənistanın məhv olmaması üçün ağıllı addımlar atmasını zərurətə çevirir.

Bu istiqamətdə Ermənistanın son günlər Azərbaycan və Türkiyə ilə bağlı sülh və nəqliyyat dəhlizlərinin açılması istiqamətində səslənirdiyi müsbət fikrilərə də diqqət çəkmək olar. Düzdür, Ermənistan siyasəti həmişə yalan, riyakarlıq və ikibaşlı oyunlar üzərində qurulub, amma İrəvanın düşdüyü çıxılmaz vəziyyət onu müsbət fikirlər səsləndirməyə vadar edə bilər. Belə ki, Ermənistan Rusiyadan uzaqlaşmağa çalışır, amma bunun əvəzində güclü bir təhlükəsizlik təminatı ala bilməyib. ABŞ və Avropa İttifaqı Ermənistana diplomatik və humanitar dəstək versə də, real hərbi təminatlar vermir. Fransanın Ermənistana silah satışı başlasa da, bu, qısa müddətdə qüvvələr balansını dəyişəcək gücdə deyil. Ermənistanın Avropa İttifaqına üzvlük perspektivi də qeyri-müəyyən olduğundan, uzunmüddətli təhlükəsizlik təminatı yoxdur. Lakin Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri açılarsa, iqtisadiyyatına müsbət təsir edəcək. Bu müsbət təsiri isə nə Fransa, nə İran, nə ABŞ, nə də başqa ölkələr verə bilər. Ermənistanın dalana dirənməsinin səbəbi də elə budur: qonşuları ilə normal münasibətlərdən boyun qaçırıb, kənar ölkə və təşkilatların himayəsinə sığınıb regionda destruktiv fəaliyyət həyata keçirmək. Türkiyə ilə normallaşma, Azərbaycanla sülh Ermənistan üçün həm nəqliyyat, həm də ticarət baxımından müsbət nəticələr verə bilər. Zəngəzur dəhlizinin açılması və regional nəqliyyat layihələrinin işə düşməsi isə prosesdə iştirak edən bütün ölkələrin geosiyasi və geoiqtisadi əhəmiyyətini artıracaq. Yəni Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq İrəvan üçün məcburi addımdır. Vətən müharibəsindən sonra Azərbaycan yeni reallıq yaradıb, regionda əsas söz sahibidir. Ermənistan da bu reallığı qəbul etməyə məcburdur.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Mart 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri