Icma.az
close
up
RU
Tökülən yarpaqları 3 yerdə saxlayın

Tökülən yarpaqları 3 yerdə saxlayın

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Payızda həyətinizə tökülən tarpaqları yarpaqları yerdən yığmamaq bəzi hallarda ciddi problemlərə yol aça bilər.

Lent.az xarici mediaya istinadla, onları haradan mütləq təmizləmək və harada rahat şəkildə saxlamaq lazım olduğu barədə xəbər verir.  

Bağda elə iki yer var ki, yarpaqları orada toplamaq faydadan çox zərər gətirə bilər

1. Cığırlar və keçid yolları

Cığır və keçidlərdə yarpaqları saxlamaq təhlükəlidir. Xüsusilə də yaş və ya daha da pis donmuş yarpaqlar sürüşməyə və yıxılmaya səbəb ola bilər. Açıq havadakı pilləkənlər isə sürüşkən yarpaq qatından örtüləndə daha təhlükəli olur.

Yarpaqları döşənmiş cığırlar və pilləkənlər üzərində saxlamaq yalnız təhlükə yaratmır, həm də nə təbiətə, nə də bağınıza fayda verir. Yarpaqlar torpaq üzərində çürüdükdə qidalandırıcı “yarpaq kompostu”na çevrilir. Ancaq onlar səki və daş döşəmələrdə çürüdükdə, sadəcə çirkli və təmizlənməsi çətin bir qarışıqlıq yaradır və heç bir fayda təmin etmir.

2. Çəmənlik (amma bir şərtlə

Burada bir nüans var. Yarpaqları çəmənlikdə saxlamaq olar, amma məhdud miqdarda. Çəmənliyin tamamilə yarpaqla örtülməsinə icazə vermək olmaz. Yalnız buna təxminən 20%-ə qədər icazə vermək tövsiyə olunur.

Çəmənlikdə həddindən artıq yarpaq qalması qışda otu “boğa” bilər və yazda onun məhvinə səbəb ola bilər. Bu həmçinin qışda qar küfü (snow mold) kimi göbələk xəstəliklərinin yaranma riskini artırır və yazda siçan kimi zərərvericiləri cəlb edə bilər.

Əgər yarpaqları çəmənlikdə saxlayırsınızsa, onların ot qatını tam örtməsinə imkan verməyin. Yarpaqları həddinə çatmadan əvvəl biçənəklə xırdalamaq lazımdır. Bu prosesi sürətləndirir və yarpaqların daha tez çürüyərək torpağa faydalı qida maddələri qaytarmasına kömək edir. Lakin hər bir gübrədə olduğu kimi (hətta orqanik olsa belə), yarpağın da çoxu zərərlidir. Optimal nəticə üçün çəmənlikdəki yarpaq örtüyünü 10–20% səviyyəsində saxlamaq lazımdır.

Yarpaqları hara qoymaq daha yaxşıdır?

Bağ sahənizdə bol miqdarda olan payız yarpaqlarından faydalanmaq üçün bir neçə alternativ yer var. Əgər cığır və ya çəmənlikdə çox yarpaq toplanıbsa, onları üfürərək və ya yığıb aşağıdakı üç yerdən birinə köçürə bilərsiniz.

1. Əkinti sahələri və gül kolları

Bağdakı əkin sahələri və çiçək kolları opmuş yarpaqlar üçün ən yaxşı yerlərdən biridir. Yarpaqlar pulsuz və təbii malç materialı kimi çıxış edir: həm qışda bitkiləri qoruyur, həm də çürüdükcə torpağa qida maddələri qaytarır.

Yarpaqları bağ sahəsinin kənarındakı əkinti yerlərinə üfürün və ya yığın, sonra isə bütün qış boyunca olduğu kimi qoyun. Onlar zamanla bitkilərin ətrafında parçalanaraq torpağa üzvi maddələrlə zəngin “yarpaq kompostu” əlavə edəcək.

Optimal yarpaq qatının qalınlığı 8–13 sm-dir. Bitkiləri boğmaq istəmirsiniz, amma eyni zamanda payızdan erkən yazadək alaq otlarının böyüməsini əngəlləyəcək qədər yarpaq olmalıdır.

2. Ağacların altı

Ağacların altı yarpaqları yerləşdirmək üçün ideal məkandır. Əslində, yarpaqlar onsuz da təbii şəkildə məhz buraya düşür, buna görə onları ora daşımağa ehtiyac yoxdur. Lakin həyətinizdə iri taclı bir ağac varsa, yarpaqlar bütün əraziyə yayıla bilər. Bu halda onları sadəcə ağacın altına qaytarmaq kifayətdir.

3. Kompost yığını

Çox yarpağınız varsa və nə edəcəyinizi bilmirsinizsə, kompost yığını əla seçimdir. Siz ya sıfırdan yeni bir kompost yığını başlaya bilərsiniz, ya da yarpaqları mövcud kompost yığınına və ya kompost qutusuna əlavə edə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Dekabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri