Rusiya və ABŞ Qara dəniz sazişlərini müzakirə edir
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Ukraynadakı münaqişənin həlli kontekstində Qara dəniz və limanlara çıxışla bağlı razılaşmalar müzakirə olunur.
SİA-nın məlumatına görə, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff deyib.
...Biz bunu müzakirə etməliyik. Limanlara çıxış Qara dənizlə bağlı potensial razılaşmadır. Atəşkəs yaratmaq üçün çoxlu elementlər var.
Stiv Vitkoff bunu CBS telekanalına danışıb.
Onun sözlərinə görə, döyüş meydanında və ərazidəki şərait də müzakirə olunur.
Xüsusi nümayəndə həmçinin döyüşləri minimuma endirmək üçün xüsusilə sərhədyanı ərazilərdə atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib. Vitkoff Ukraynadakı münaqişəni müzakirə etmək üçün martın 14-də Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Bundan əvvəl Amerika və Ukrayna nümayəndələri Ciddədə görüşüb və sonuncular 30 günlük atəşkəs barədə razılığa gəliblər.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 16 Mart 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















